`Səudiyyə rejimi Şeyx Nimri edam etməklə İslam dünyası ilə düşmənçiliyini elan etdi` |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 11:04 | Şərh sayı: (0) | Baxılıb: 468
`Səudiyyə rejimi Şeyx Nimri edam etməklə İslam dünyası ilə düşmənçiliyini elan etdi`
Səudiyyə rejiminin zalım hakimiyyəti Ərəbistanın tanınmış alimi Ayətullah Şeyx Nimri edam etməklə bir daha islam dünyası ilə düşmənçiliyini açıq aşkar şəkildə əks etdirdi.Bu sözləri Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev deyib.
Hacı İlham Əliyev deyib ki, Ali-Səud rejimi bu cinayəti ilə özünü islam dünyasının qarşısında qoydu və bu gün bütün şiə və sünni alimləri bu rejimin bu dəhşətli əməlini pisləyirlər. "Şəhid Şeyx Nimrin qanının sahibi Allah-Taaladır və Allah-Taala özü bu məzlum şəhidin qanını alacaq və bu rejim ilahi intiqamı gözləməlidir."
Hacı İlham Əliyev həmçinin beynəlaxlq təşkilatlar və "insan haqlarını" müdafiəçiələrini tənqid edib və bildirib ki, təəssüfləndirici haldır ki, beynəlxalq qurumlar bu cinayətin qarşısında hələ də susurlar və yaxud onlardan bəzisi sadə təəssüflə kifayətləniblər və bu cinayət qarşısında xüsusi reaksiya verməyiblər.
O əlavə edib ki, bu cinayətin arxasında digər əllərin də rolu vardır və bəzi dövlətlər və zalım hakimlər səudiyyə rejimini dəstəkləyirlər. "Şəhid Şeyx Nimrin bir istəyi var idi və oda insanların azadlığı, ədalətin bərpa olunması idi. Şəhid Şeyx Nimrin amalı bu idi ki, bütün insanlar eyni səviyyədə yaşasınlar, bütün insanlar öz hüquqlarından istifadə eləsinlər amma zalim səud hakimiyyəti onun bu istəklərinə müsbət cavab vermək əvəzinə onu məzlumcasına şəhid etdi. Biz bu cinayəti kəskinliklə qınayırıq. "
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər