İraq rəsmisi: “Şiə imamının edam edilməsi məzhəb qarşıdurması yaratmağa hesablanıb...” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 22:10 | Şərh sayı: (0) | Baxılıb: 332

İraq rəsmisi: “Şiə imamının edam edilməsi məzhəb qarşıdurması yaratmağa hesablanıb...”
Səudiyyə Ərəbistanında edam edilən ölkə şiələrinin lideri Nimr ən-Nimranın edam edilməsi şiə-sünni konfliktini qızışdırmağa yönəlib və regionda kritik situasiya yaradacaq. Musavat.com-un məlumatına görə, bu barədə İraqdakı hakim şiə koalisiyasının nümayəndəsi Mühəmməd əl-Sayxud bildirib.
“Səudiyyə Ərəbistanı tərəfindən atılan bu addımlar regionda böhranlı vəziyyət yaratmağa, sünni və şiələr arasında konflikt yaratmağa xidmət edir” – deyib o.
Az öncə KİV-lər Səudiyyə Ərəbistanında terrorizmdə və ekstremizmdə suçlanan 47 məhkumun edam edildiyi xəbəri yayılmışdı. Onların arasında şiə imamı Nimr ən-Nimr də var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər