Qəzavü Qədər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-07-2014, 18:49 | Şərh sayı: (2) | Baxılıb: 3375
Qəzavü Qədər
Quran:
«De: Allahın, bizim üçün yazdığından (müəyyən etdiyindən) başqa bizə heç bir şey yetişməz. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.»
Tövbə 51
«Ancaq (belə oldu ki) Allah, olacaq bir işi yerinə yetirdi.»
Ənfal 42
«Biz, həqiqətən hər bir şeyi müəyyən ölçüdə yaratmışıq.»
Qəmər 49
Hədis:
Allahın Peyğəmbəri (s): «Hər bir şey əvvəldən müəyyən olunub, hətta gücsüzlük və zirəklik də.»
Allahın Peyğəmbəri (s): «Əgər İsrafil, Cəbrayıl, Mikayıl ərşi daşıyan mələklər və mən səninçün dua etsək belə, sənin taleyinə yazılmış və müəyyən edilmiş qadından qeyrisilə evlənməyəcəksən.»
İmam Əli (ə)(Pak olan Allaha sitayişindən): «Allaha öz məxluqlarından istədiyi kimi şükr edirəm. Allah hər bir şey üçün qəzavü-qədər müəyyən etmiş, hər qəzavü-qədər üçün bir əcəl, hər bir əcəl üçün isə (müəyyən edilmiş və qeyd olunmuş) bir yazı.»
İmam Əli (ə): «Qəzavü-qədər (tale) Allahın sirlərindən bir sirr, gizlinlərindən bir gizlin, Allahın pərdəsinin arxasında və xəlq etdiklərindən gizlin olan əlçatmaz qalalardan biridir.»
İmam Əli (ə) (Təqdir barədə soruşan kişiyə cavabından):–«Dərin bir ümmandır, onun içində batma.» Ərz etdi: «Ey Əmirəl-möminin! Məni alın yazısından agah et.» Buyurdu: «Allahın sirridir. Özünü (onu öyrənmək üçün) zəhmətə salma.» (üçüncü dəfə) Soruşdu: «Ey Əmirəl-möminin məni təqdirdən agah et.» Buyurdu: «İndi ki, israr edirsən bil ki, təqdir iki işin arasındadır: nə alın yazısıdır, nədə ki, işləri özbaşına buraxmaq.»
İmam Əli (ə): «Təqdir (bizim) hesab-kitabımıza o qədər üstün gələr ki, uzaqgörənlik ziyan və çətinliyə səbəb olar.»
İmam Əli (ə): «Bütün işlər müqəddarata tabedir. Hətta tədbirlər belə ölümlə sona çatar.»
İmam Sadiq (ə): «Qəza və qədər Allahın yaratdığı məxluqlardan ikisidir və Allah öz yaratdığına hər bir şeyi artırar.»
İmam Sadiq (ə): «Qiyamət günündə Allah məxluqları bir yerə yığanda, onlara buyurub əmr etdiklərinin sorğu-sualını aparar, ancaq onlar üçün təyin etdiklərindən heç nə soruşmaz.»
İmam Sadiq (ə): «Allah hər bir şeyi istədikdə, onu təyin edər. Təyin etdikdə, hökmünü verər və hökmünü verdikdə isə icra edər.»
İmam Hadi (ə): «Müqəddərat, ağlına belə gəlməyən şeyləri sənə göstərər»
İnsanın qəzavü-qədərinin yazılması.
İmam Baqir (ə) (İnsanın ana bətnində yaradılması barədə): «Dörd ayı tamam olanda, Allah iki yaradan mələk göndərər və onlar deyərlər: «İlahi, nə xəlq edirsən, oğlan, yoxsa qız?» Onun ikisindən biri üçün lazımı göstəriş verilər. Sonra ərz edərlər: «İlahi, bədbəxtdir, yoxsa xoşbəxt?» Bu barədə də lazımi göstəriş verilər. Bu vaxt ərz edərlər: «İlahi, ömrünün müddəti və ruzisi nə qədərdir?» Onun bütün halları– Həzrət cəmi bir neçəsinin adını çəkmişdir – yazılar və həmin iki mələk, bunu iki gözünün arasına yazar.»
İmam Baqir (ə) (Yenə də bu barədə): «Bu vaxt Allah iki mələyə vəhy buyurar: «Qəzavü-qədəri və Mənim onun barəsində əmrlərimin icrasını yazın və yazdıqlarınızda Mənim bədamı şərt qoyun. (Bəda haqqında məlumat almaq üçün «Usulu – Kafi» kitbına müraciət edin.)»
Allahın mömin üçün qoyduğu, xeyirdir.
Allahın Peyğəmbəri (s): «Allahın hər bir qəzavü qədərində mömin üçün bir xeyir (gizlənmişdir) var.»
İmam Sadiq (ə): «Allah-taalanın, onunçün xeyirdən başqa heç bir qəzavü-qədər müəyyən etmədiyi müsəlman kişiyə mat qalıram. Əgər qayçı ilə tikə-tikə doğransa da, onun xeyrinədir. Əgər dünyanın şərqindən qərbinə qədərini də əlinə keçirsə, yenə də onunçün xeyirdir.»
İmam Sadiq (ə): «Allah möminin şad olduğu qəzavü-qədərdən başqa elə bir qəzavü-qədər müəyyən etməyib ki, həmin qəzavü-qədər onun xeyrinə olmamış olsun.»
İlahi qəzavü qədərə şad olmayan.
Allahın Peyğəmbəri (s): «Allah-taala buyurdu: Mənim verdiyim qəzavü-qədərə şad olmayan, alın yazısına inanmayan kimsə (getsin və) başqa bir məbud axtarsın.»
İmam Əli (ə): «Qiyamət günü ən ağır əzab Allahın qəzavü qədərinə sevinməyənə veriləcək.»
İmam Əli (ə): «Dünyaya görə kədərlənən, ilahi qəzavü qədərə şad olmaz.»
İmam Əskəri (ə): «Əgər ilahi qəzavü qədər pusqudadırsa, daha zəiflik və zəlillik nəyə lazımdır?»
Qəzavü qədərdən olanlar.
Allahın Peyğəmbəri (s): «Təqdirdən başqa bir dərman yoxdur və istəyən hər kəs üçün, istədiyi hər bir miqdar qədər faydalı olar.»
«Kənzul-Ummal»: «Allahın Peyğəmbərinə (s) ərz etdilər: «Özümüzü müalicə etdiyimiz dərman, onunla özümüzə əlac etdiyimiz dualar və işlətdiyimiz başqa şeylər Allahın təqdirinin qarşısını alırmı? Peyğəmbər buyurdu: Yox, bunların özü, elə Allahın təqdirindəndir.»
İmam Əli (ə) (Süffeyn döyüşündən qayıdarkən bir qoca kişi ondan soruşur ki, şamlılarla döyüşə getməyin ilahi qəzavü qədərdən idimi?): «And olsun aləmi yaradana və insanları xəlq edənə! Allahın qəzavü qədəri olmadan, heç bir dərədən keçmədik və heç bir təpəyə qalxmadıq... Sanki sən qəzanı lazımi əmr, qədəri (ixtiyarını əlindən alacaq) mütləq və qaçılmaz bir iş sanırsan. Əgər belə olsaydı, müjdə, qorxu, mükafat və cəzanın mənası olmazdı. Günahkar Allah tərəfindən qınanmaz, yaxşı əməl sahibi Allahın razılığını qazanmazdı.
Yaxşı əməl sahiblərinin yaxşılığının mükafatının dəyəri, pis əməl sahibindən çox olmazdı. Bu sözlər bütpərəst dəstələrin ... və bu ümmətin məcuslarının sözüdür. Allahı xeyir işlər görməyi əmr etmişdir və insan öz ixtiyarı ilə onları yerinə yetirər. Çəkindirməklə pis əməlləri qadağan etmişdir, zorla yox. İtaətsizlik və itaət də güclə, məcburən deyil. Öz ixtiyarlarını da başqasına verməmişdir.»
İbn Nubatə: «Əmirəl-möminin əyilmiş bir divarın yanından başqa bir divara tərəf getdi. Həzrətə ərz olundu: Ey Əmirəl-möminin! Allahın qəzavü qədərindən qaçırsan? Buyurdu: Allahın qəzasından Onun qədrinə qaçıram.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər