RSS
 

Login:
Şifrə:
» » Allahın ən çox sevdiyi əməl hansıdır?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Allahın ən çox sevdiyi əməl hansıdır?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab, Allahşünaslıq | Vaxt: 10-01-2015, 02:44 | Şərh sayı: (0) | Baxılıb: 2664

Allahın ən çox sevdiyi əməl hansıdır?


Allahın ən çox sevdiyi əməl hansıdır?


Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, Allahın ən çox sevdiyi əməl hansıdır?
Imam cavab verdi: ”Onu həmd etmək".

Əlbəttə, Allahın bizim həmd və şükrümüzə ehtiyacı yoxdur. Həmd etmək – Allahı tanımaq, Ona iman gətirmək, Onun haqqını qəbul etmək deməkdir, həmd – imanın əlamətidir. Allah öz bəndələrinə qarşı mehriban olduğu üçün onların iman gətirmələrini və mömin olmalarını istəyir. Çünki bu halda onlar bu dünyada öz missiyalarını (Allahın xəlifəsi – canişini olmaq vəzifəsini) yerinə yetirmiş olur, axirətdə isə cəhənnəmdən qurtulub cənnətdə əbədi xoşbəxt həyat qazanırlar.

Kainatda hər şey Allaha həmd və təsbih deyir, yəni Onu mədh edir, öyür, Onun böyüklüyünü və müqəddəsliyini etiraf edir. Hər bir canlı və cansız əşya istəsə də, istəməsə də Allahı öyməklə məşğuldur. Çünki həmin əşya öz varlığı ilə qüdrətli və hikmətli bir Yaradanın mövcudluğunu göstərmiş, sübuta yetirmiş olur. Bu mənada hətta Allahı inkar edən kafirlərin dilləri küfr söyləsə də, vücudları səssiz şəkildə Allaha həmd edir. Qurani-kərimdə buyurulur: "Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir” (Hədid, 1). ”Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin. Lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. Allah həqiqətən, həlimdir, bağışlayandır!" (Isra, 44).

Allaha həmd etmək insanın vicdan borcudur. Insan, onu yaratdığına, ona ruzi verdiyinə görə tanrıya şükr və həmd etməlidir. Bunu etməyən adam nankorluq etmiş olur. Amma Allaha yalnız verdiyi nemətlərə görə şükr etmək minnətdarlığın aşağı mərtəbəsidir. Əsl həmd təmənnasız edilir. Mömin insan Allahdan nemət alsa da, almasa da, həmd etməkdən əl çəkməməlidir. Çünki, Allah daima bizə lütf etməkdə və nemət verməkdədir. Sadəcə olaraq, biz bəzi nemətləri nemət kimi anlayır və dəyərləndiririk. Amma bəzi nemətləri isə hətta bəla və müsibət kimi qəbul edirik. Halbuki, Allahın hər bir qəzavü-qədərində bir hikmət, bir xeyir vardır. Bizə pislik və fəlakət kimi görünən hadisələr belə, əslində bizim xeyrimizədir.

Həmd bütün duaların və əməllərin açarıdır. Hər bir duanın əvvəlində bismillah və salavatla yanaşı həmd də deyilsə, o duanın qəbul olmaq ehtimalı artar: ”Əvvəlində həmd olmayan hər dua yarımçıq və naqisdir" (Imam Sadiq (ə)).

Dini mənbələrdə Islam müqəddəslərinin dilindən rəvayət edilmiş dua və zikrlərdə Allahın ən gözəl ifadələrlə həmdinə rast gəlirik. Allahı ən gözəl şəkildə tanımış olan şəxsiyyətlər Onu rəngarəng sözlərlə həmd etmişlər. Amma bununla belə, həmddə vacib olan təmtəraqlı ifadələr, xüsusi ayinlər deyil, səmimiyyət və ixlasdır. Ən gözəl həmd – xalis niyyətlə, ürəkdən edilmiş həmddir. Rəvayət edirlər ki, bir gün Imam Cəfər Sadiqin (ə) atı itmişdi. Imam buyurdu ki, at tapılsa, Allaha layiq olduğu şəkildə şükr edəcəyəm. Bir müddətdən sonra atı tapdılar və Imam buyurdu: ”Əlhəmdü lillah". Bunu eşidən bir nəfər o həzrətdən soruşdu: ”Məgər demədinizmi Allaha elə şükr edəcəyəm ki, Onun şəninə layiq olsun?". Imam bu suala sualla cavab verdi: ”Məgər eşitmədinmi dedim: əlhəmdü lillah?".

Bir nəfər Imam Sadiqə dedi: ”Allahdan istəmişdim ki, mənə mal-dövlət versin, verdi. Istəmişdim ki, mənə övlad versin, verdi. Istəmişdim ki, mənə ev versin, onu da verdi. Indi qorxuram ki, bundan sonra da istəklərimə davam edib acgözləşərəm". Imam buyurdu: ”Allaha and olsun ki, həmd etsən, dediyin kimi olmaz (yəni acgöz sayılmazsan)".

Imam Cəfər Sadiq (ə) Məkkədə həcc ziyarətində olanda bir dilənçi Onun çadırına gəlib yardım istədi. Imam bu zaman ətrafındakılarla birlikdə üzüm yeyirdi. O həzrət, dilənçini yoxlamaq üçün ona bir salxım üzüm verdi. Dilənçi üzümü almayıb dedi: ”Neyləyirəm bunu? Pul ver!". Imam buyurdu: ”Get, ruzini Allah versin!". Dilənçi çadırdan çıxdı, bir azdan sonra qayıdıb dedi: ”Eybi yoxdur, o salxımı ver". Imam ona heç nə verməyib buyurdu: ”Dedim ki, get, ruzini Allah versin".

Sonra başqa bir dilənçi gəldi. Imam ona üç üzüm dənəsi verdi. Dilənçi üzüm dənələrini alıb yeyəndən sonra dedi: ”Aləmlərin rəbbi olan Allaha həmd olsun ki, mənə ruzi verdi". Imam ovcunu üzümlə doldurub dilənçiyə tərəf uzatdı. Dilənçi bu payı da alıb: ”Əlhəmdü lillahi rəbbil-aləmin" dedi. Imam Sadiq (ə) öz nökərindən soruşdu ki, yanında nə qədər pul var? Nökər 20 dirhəmi olduğunu söylədi. Imam həmin pulu da dilənçiyə verdi. Dilənçi yenə dua etdi: ”Əlhəmdü lillah. Ey Allah, bu ruzi Səndəndir. Sən təksən, şərikin yoxdur". Imam əynindəki köynəyi çıxarıb dilənçiyə verdi və ”əyninə geyin" dedi. Dilənçi köynəyi alıb geyindi, bu dəfə ”Həmd olsun məni geyindirən və bədənimi örtən Allaha" sözləri ilə həmd edəndən sonra Imama xitabən dedi: ”Ey Əba Əbdillah! Allah sənə bunun əvəzini versin!".

Bu hadisəni rəvayət edən səhabə deyir ki, əgər dilənçi bu dəfə də yalnız Allaha həmd etsəydi və Imama təşəkkür etməsəydi, Imamın hədiyyələri yenə davam edəcəkdi.
(hədislər ”əl-Kafi" kitabındandır).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor