Təvəssül duası |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 27-12-2015, 22:38 | Şərh sayı: (0) | Baxılıb: 3265
Təvəssül duası
İlahi, mən Səndən istəyir, Sənin dərgahına üz tutur və Həzrət Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) vasitəçi gətirirəm.
Ey Əbəl Qasim! Ey Rəsuləllah! Ey rəhmət İmamı! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əbəl Həsən! Ey Möminlərin ağası! Ey Əbu Talibin oğlu Əli! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Fatimeyi-Zəhra! Ey Muhəmmədin qızı! Ey Rəsuli-Əkrəmin gözünün nuru! Ey bizim seyyidəmiz və ixtiyar sahibimiz! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əba Muhəmməd! Ey Əlinin oğlu Həsən! Ey Müctəba (seçilmiş, bəyənilmiş)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əba Əbdillah! Ey Əlinin oğlu Hüseyn! Ey şəhid! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əbəl Həsən! Ey Hüseynin oğlu Əli! Ey Zeynəlabidin (abidlərin zinəti)! Ey Rəsuləllahın oğlu! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əba Cəfər! Ey Əlinin oğlu Muhəmməd! Ey Baqir ((elmi) açan)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əba Əbdillah! Ey Muhəmmədin oğlu Cəfər! Ey Sadiq (düz danışan)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əbəl Həsən! Ey Cəfərin oğlu Musa! Ey Kazım (qəzəbini udan, öz hiddətini qarşısına ala bilən)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əbəl Həsən! Ey Musanın oğlu Əli! Ey Rza (razı və qane olan)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əba Cəfər! Ey Əlinin oğlu Muhəmməd! Ey Təqi (mömin, dindar)! Ey Cəvad (əliaçıq, səxavətli)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əbəl Həsən! Ey Muhəmmədin oğlu Əli! Ey Hadi (doğru yol göstərən, düz yola çağıran)! Ey Nəqi (pak)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və Allah hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Əba Muhəmməd! Ey Əlinin oğlu Həsən! Ey Zəkiyy (xalis, pak)! Ey Əsgəri (yəni qoşun içərisində yaşayan)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey Həsənin canişini! Ey İlahi canişin olan Hüccət! Ey Qaim (dayanan, ayaq üstə duran, yəni zəmanənin İmamı)! Ey Muntəzər (gözlənilən, intizarı çəkilən)! Ey Məhdi (doğru yola gəlmiş)! Ey Rəsuləllahın oğlu! Ey Allahın öz yaradılmışları üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçib, sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi olan! Allah yanında bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!
Ey mənim ağalarım və ixtiyar sahiblərim, mən sizi Allah dərgahına yaxınlaşmaq üçün vasitəçi seçdim. Ey mənim İmamlarım, ehtiyac və sıxıntı günü (Qiyamət) üçün zəxirəm! Sizin vasitənizlə Allaha təvəssül etdim, bəs mənim üçün Allah yanında şəfaətçi olun, günahlarımdan mənə nicat verin. Həqiqətən, siz mənim Allah dərgahına getmək üçün şəfaətçilərimsiniz, yalnız sizə məhəbbət bəsləyib yaxınlaşmaqla, Allah yanında nicat tapmağa ümid bəsləyirəm.
Allah yanında mənim ümidim olun, ey mənim ağalarım, ey Allah övliyaları! Allahın salavatı həmişə onlara olsun! Onlara zülm edən Allah düşmənlərinin hamısına, əvvəldən axıra kimi, Allahın lənəti olsun. Amin, ya Rəbbəl-aləmin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər