Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-01-2016, 09:28 | Şərh sayı: (0) | Baxılıb: 305
Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırıldı
Şiə din xadimi Nimr ən-Nimrin edamına etiraz edən yüzlərlə Məşhəd sakini Səudiyyə Ərəbistanının konsulluq binasına hücum ediblər.
"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Səudiyyə Ərəbistanının bayrağını yerə salaraq binanın bir hissəsini yandırıblar.
Xatırladaq ki, ötən gün əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər