Rusiya baş nazirinin müavini: "Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 12:01 | Şərh sayı: (0) | Baxılıb: 257
Rusiya baş nazirinin müavini: "Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək"
“Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək”.
APA-nın məlumatına görə, bunu “Rossiya 24” kanalına müsahibəsində Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib. O xatırladıb ki, baş nazir Dmitri Medvedev bu barədə hökumətin iclaslarında bəyan edib: “Bu addımlar davam edəcək. Hökumət Türkiyə ilə əməkdaşlığı tamamilə dayandırmaq məsələsini qarşıya məqsəd kimi qoymur. Biz sadəcə, düşünürük ki, dost olmayan addıma adekvat cavab verilməlidir”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 28 noyabr tarixində Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. Sənəddə 2016-cı il yanvarın 1-dən Türkiyəyə qarşı viza rejiminin tətbiq edilməsi də nəzərdə tutulur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər