Rusiya "qara qutu"nu oxuya bilmir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 01:23 | Şərh sayı: (0) | Baxılıb: 323
Rusiya "qara qutu"nu oxuya bilmir
Ötən ay Türkiyənin vurduğu SU-24 təyyarəsinin "qara qutu"su pis zədələndiyindən onu oxumaq olmur.
Bu barədə uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini Sergey Dronov dekabrın 21-də keçirdiyi brifinqdə məlumat verib.
O, "qara qutu"nun oxunması üçün əlavə vaxt tələb olunduğunu bildirib.
Rusiya rəsmisinin sözlərinə görə "qara qutu" Çin, Böyük Britaniya və ABŞ-dan olan mütəxəssislərin iştirakı ilə açılıb.
Qeyd edək ki, Türkiyə təyyarələrinin noyabrın 24-də Rusiya təyyarəsini vurmasından sonra tərəflər arasındakı münasibətlər kəskin pisləşib.
Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələri dayandırıb.
Ankara təyyarənin ölkənin hava məkanını pozduğunu, Moskva isə onun Suriya ərazisində vurulduğunu təkid edir./Azvision.az/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər