2016-cı ilə müharibə proqnozu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 31-12-2015, 19:10 | Şərh sayı: (0) | Baxılıb: 427
2016-cı ilə müharibə proqnozu
2015-ci il dünyada münaqişələrin sayının artması ilə yadda qaldı. Münaqişələr artdı neftin qiyməti isə aşağı düşdü.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, ADA Universitetinin dekanı, politoloq Elnur Soltanov "Nəzər Nöqtəsi"nin qonağı olub.
- Elnur müəllim, bədbin politoloqlar hətta belə bir fikir səsləndirirlər ki, hazırda dünya xəbəri olmadan III dünya müharibəsini yaşayır. Biz həqiqətənmi 2016-ci ilə III dünya müharibəsi ilə gedirik?
- Dünya müharibələri sistemik müharibələrdir. Sistemik müharibələr sistemin başında duran və bizim böyük güclər dediyimiz, dövlətlər arasında gercəkləşəndə dünya müharibəsinə çevrilir. Bu gün sistemin başında duran dövlətlərə nəzər yetirəndə mənə elə gəlir ki, Qərb sisteminin, Avropanın içində bir münaqişə görmək mümkün deyil. Əgər Rusiyanı Qərb sayırsınızsa, o zaman problem var. Əbəttə ki, Rusiyanı çox vaxt Avropanın tərkib hissəsi olaraq görürlər. Amma Qərb konseptinin içində adətən Rusiya görünmür. Mənə elə gəlir ki, burada nə bir Fransa-Almaniya, nə də Amerika-Avropa yarışması yoxdur.
Amma iki əsas sistemik mənada münaqişə ocağına çevrilə biləcək hadisə, qeyd etdiyiniz kimi Rusiya və Qərb, xüsusən ABŞ arasında baş verir. Digər bir tərəfdən isə Çin və Amerika arasında gerçəkləşir. Bunun daha əhəmiyyətlisi uzun sürədə Çinlə olan münaqişədir. Hazırda Çin yüksəlir. Çinin iqtisadiyyatı Amerika iqtisadiyyatı ilə bərabərdir. Amma hər iki dövlət arasında gərginlik var. Hazırda Çinin Tayvan, Yaponiya ilə eləcə də cənub Çin dənizində çox ciddi problemləri var. Amma bütün bunlara baxmayaraq Asiyada və Sakit okeanda Amerikanın çox ciddi bir varlığı sahibdir. Çin hələlik strateji baxımdan Amerikanın hərbi gücünə qarşı hər hansı bir addım atmır. Hesab edirəm ki, Çin gələcəyini düşünən bir millət olaraq orda indiki gərginliyi münaqişəyə çevirmək istəmir.
Eyni bir şeyi Rusiya - Qərb xüsusən də Rusiya-Amerika münaqişəsi haqqında demək bir az çətindir. Çunki Çin və Amerika arasında iqtisadi anlaşmalar çoxdur.
- Belə bir fikir səsləndirilir ki, əslində bu cür münaqişələrin yaranması, bu proseslərin baş verməsi dünya xəritəsinin yenidən çəkilməsi ilə nəticələnəcək. Yeni dövlətlər yaradılacaq. Və dünya yenidən bölüşdürülür. Həqiqətən də dünya yenidən bölüşdürülür və yeni dövlətlərlə üz-üzə gələcəyik?
- Müəyyən nöqtələrdə bəli. Bu gün Rusiya "soyuq müharibə"ni itirdi, amma "isti müharibə"ni itirmədi. Müharibənin soyuqluğu o deməkdir ki, məğlub olmadan, məğlub olanlar cərgəsinə qoyuldu. Ona görə də Rusiyanın məsələsi hələ bitməyib və Rusiyada bunu hiss edirlər. Bu uduzma sayılmır.
Bir faktı sizin diqqətinizə çatdırım ki, bu gün Rusiyanın iqtisadiyyatı Amerika iqtisadiyyatının beşdə birinə bərabərdir. Əllərində olan nüvə gücünü saymasaq texnoloji sahədə Qərbin, xüsusən də Amerika hərbi gücü çox inkişaf edib.
Bu baxımdan bu iki dövlət arasında əgər "soyuq müharibə" vaxtı bir müharibə olmadısa, indiki halda müharibənin baş verəcəyini gözləmək doğru olmaz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər