Fransız diplomatdan Qarabağda müharibə anonsu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 11:49 | Şərh sayı: (0) | Baxılıb: 295
Fransız diplomatdan Qarabağda müharibə anonsu
"Minsk qrupunun həmsədr ölkələrində məskunlaşan azlıqların böyük əksəriyyətini ermənilər təşkil edir. Bu baxımdan düşünürəm ki, Amerika, Fransa və Rusiya Dağlıq Qarabağ problemini nizama sala bilməyəcək". Bunu Dailykarabakh saytına açıqlamasında Ukrayna mənşəli fransız diplomat Dmitri Kupinov deyib.
Fransız diplomat deyib ki, BMT-nin Təhlükəsizlik Şurasındakı 5 ölkədən 3-ü Minsk qrupunun həmsədr ölkələridir: "Həmin ölkələrin də BMT Təhlükəsizlik Şurasının qərar və ya qadağalarında bilavasitə rolu var. Həmsədr ölkələr də buna şərait yaratmır. Ona görə BMT Ermənistana təzyiqlər göstərə bilmir".
"Münaqişənin nizama salınması üçün Azərbaycan hansı addımlar atmalıdır?" sualına cavabında isə fransız diplomat qeyd edib ki, Azərbaycanın zəngin maliyyə resursları var: "Bundan başqa, müstəsna coğrafi məkanda yerləşir. Rusiya, Türkiyə və İran kimi regional güclərlə qonşudur. Azərbaycan qədim tarixi, yanacaq resursları və formalaşmış mədəni ənənələri olan ölkədir. Təbii ki, bu münaqişə Ermənistanı digər dövlətlərdən asılı vəziyyət salıb. Çünki məhz münaqişə səbəbindən İrəvan regiondakı heç bir böyük layihəyə qoşula bilmir. Zənnimcə, bir neçə ildən sonra Azərbaycan öz torpaqlarını sülh deyil, müharibə yolu ilə azad edəcək. Mən buna inanıram"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər