Rusiya hələ də dünya gücüdürmü..? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 19:15 | Şərh sayı: (0) | Baxılıb: 245
Rusiya hələ də dünya gücüdürmü..?
Londondakı “Chatham House” araşdırma mərkəzinin Rusiya və Avrasiya proqramının rəhbəri Ceyms Niksi sual edir: 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqil olmuş 15 respublikadan biri olan Rusiya hələ də dünya gücü sayıla bilərmi?
Doğrudur:
- Rusiya hələ də dünyanın ən böyük ölkəsi və ən böyük neft hasilatçısıdır;
- O, hələ də BMT Təhlükəsizlik Şurasında 5 daimi üzvdən biridir;
- Onun nüvə silahı (9 nüvə ölkəsindən biridir) xeyli təkmilləşdirilib;
- Rusiya hələ də müdafiə sisteminə böyük pullar xərcləyir, lokal və regional müharibənin eskalasiyası məqsədinə xeyli yaxınlaşıb.
Lakin Rusiyanın bu hərbi qüdrətini saxlamalı olan iqtisadiyyatı tənəzülldədir. Rusiya dünyanın 10-cu böyük iqtisadiyyatıdır, lakin əsasən karbohidratların hasilatı ilə məşğuldur.
Bu ölkədə iqtisadiyyat sahəsində korrupsiya və mənimsəmələr isə geniş yayılıb.
Rusiya hələ də sovet zəmanəsindən qalma infrastrukturun əsiridir və onun öz əhalisinin səhiyyə və təhsil ehtiyaclarını təmin etmək imkanları getdikcə daralır.
Müxtəlif baxışların nədən ibarət olmasından asılı olmayaraq Rusiya üçün bir müsbət, bir də mənfi amil inkaredilməzdir:
- Rusiya özünü böyük qüvvə sayır və bu, ölkə daxilində heç bir mübahisə doğurmur;
- Çin iqtisadi güc kimi Rusiyanı kölgədə qoyaraq dünyada ABŞ-dan sonra ikinci ölkəyə çevrilib;
- Ukrayna ilə əlaqədar yaranmış vəziyyətə görə prioritetlərini Asiyaya yönəltməyə çalışmasına baxmayaraq Rusiya hələ də özünü Qərb və Amerika ilə müqayisə edir.
Hipotetik qiymətləndirmə və ya real dünya göstəricilərinə baxmayaraq Rusiya dünya siyasətində özü üçün Avrasiya meydanını seçib. O, nə Avropa, nə də Asiyaya müttəfiq olmadan öz nüfuzunu burada bərqərar etməyə çalışır.
Rusiyanın Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə birlikdə BRİCS təşkilatına üzvlüyü onu göstərir ki, o, hələlik mədəniyyət baxımından Avropaya tam bağlı deyil.
Onun hazırda Avropa İttifaqı kimi qərbyönlü qurumlara üzvlük istəyi yoxdur.
Bunun əvəzində Rusiya daim Qərbə alternativ yaratmağa can atır. Bunlardan ən sonuncu cəhd Avrasiya İttifaqıdır. Bu təşkilat Qərblə balansa hesablanmış, lakin Qərbin norma və dəyərlərindən azad bir qurumdur.
Ceyms Niksi bu qənaətdədir ki, Avrasiya İttifaqına qoşulan ölkələrin bunu hansı bir həvəslə etdiyi xatırlanarsa, onun gələcəyi barədə doğacaq suallar təbii səslənə bilər.
Bütün bunlardan daha mühüm amil isə budur ki, Rusiya dünya boyunca demokratiyanın ən inadkar rəqibidir.
2014-cü il üçün ümumi daxili məhsula (ÜDM) görə dünyanın ən böyük iqtisadiyyatları (milyard dollarla):
ABŞ - 17
Çin - 10
Yaponiya - 4
Almaniya - 3
Birləşmiş Krallıq - 2,9
Fransa - 2,8
Braziliya - 2,3
Italiya - 2
Hindistan - 2
Rusiya - 1,8
Hazırda Suriyada apardığı hava kampaniyasına qədər Rusiya özünü qlobal güc adlandırsa da regional güc kimi davranırdı.
Rusiyanın qarşılaşdığı ən böyük çətinlik budur ki, o, özünün qlobal əhəmiyyətini saxlamağa çalışsa da bu titul üçün zəruri olan bütün göstəriciləri tənəzzüldədir, müttəfiqləri azdır, onların da əksəriyyəti diktaturalardır.
Bəziləri üçün Rusiyanın təbii və tarixi hegemonluğu onun daim əsas oyunçu olaraq qalmasını təmin edəcək.
Bir başqalarının fikrincə isə Rusiya öz zəifliyini riskli xarici avantürizmlə pərdələməyə çalışır. Bir çoxları düşünürlər ki, hazırda Rusiya elə məhz bunu etməklə məşğuldur (BBC).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər