"Biz terrorçularla müharibə aparırıq, İslamla yox" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 15:26 | Şərh sayı: (0) | Baxılıb: 296
"Biz terrorçularla müharibə aparırıq, İslamla yox"
Amerika mətbuatı yazır ki, Kaliforniyada 14 nəfərin qətli ilə yekunlaşmış terror aktından sonra prezident Barak Obama siyasi çevrələrdə tez-tez səslənən anti-İslam çağırışlardan narahatlığını ifadə edib.
Prezident bildirib ki, bu kimi davakar bəyanatlar Amerikanın yüksək vətənpərvərliyi ilə seçilən müsəlman icmasını məyus edir, İŞİD və "əl-Qaidə" kimi terrorrçu təşkilatlara əlavə arqumentlər verir. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest (Josh Earnest) məlumat verib. O deyib: "İnsanların dini inancına görə hədəfə alınması Amerika dəyərlərinə ziddir. Bu dəyərlərə hər bir amerikalı ehtiram göstərir".
Amerikanı sarsıtmış terror aktından sonra müsəlmanlara qarşı hər hansı qanunazidd hərəkət qeydə alınıbmı, sualına cavab olaraq mətbuat katibi deyib: "Müəyyən hədə-qorxulara görә məscidlərin qorunmasına ehtiyac yaranıb. Biz əminik ki, yerli hakimiyyət oqranları bu istiqamətdə öz səylərini artıracaq. Fedaral hökumət də onların ehtiyaclarını ödəmək üçün hər cür yardıma hazırdır və onlar hökumətdən bu yardımı alacaqlar".
Coş Ernest onu da vurğulayıb ki, ABŞ İŞİD və "əl-Qaidə" kimi terrorçu təşkilatlarla müharibə aparır, bu müharibənin nə İslama, nə də dünyanın hər tərəfində yaşayan müsəlmanlara heç bir dəxli yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər