ABŞ-la Rusiya üç qruplaşmanı terror təşkilatı olaraq tanıdılar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 20:46 | Şərh sayı: (0) | Baxılıb: 273
ABŞ-la Rusiya üç qruplaşmanı terror təşkilatı olaraq tanıdılar
Tərəflər Livandakı Hizbullah və Fələstindəki Həmasın terrorçu təşkilat olaraq tanınmasını müzakirə belə etməyiblər
Vaşinqton və Moskva Yaxın Şərqdəki üç qruplaşmanı terrorçu təşkilat olaraq tanıyıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.
"İŞİD, "əl-Qaidə" və "Cəbhət ən-Nusra"nın terrorçu təşkilat olaraq tanınmasında mövqeyimiz üst-üstə düşür. Bu əsasdır. Onlarla bağlı mövqeylərimiz tamamilə eynidir", - deyə nazir müavini söyləyib.
G.Qatilovun sözlərinə görə, ABŞ və Rusiya Livandakı "Hizbullah" və Fələstindəki "Həmas"ın terrorçu təşkilat olaraq tanınmasını müzakirə belə etməyiblər.
Qeyd edək ki, "Cəbhət ən-Nusra" "əl-Qaidə"nin qolu olub, Suriyada fəaliyyət göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər