Rusiya baş nazirinin müavini: "Neftin qiymətinin azalması uzunmüddətli olmayacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 14:09 | Şərh sayı: (0) | Baxılıb: 283
Rusiya baş nazirinin müavini: "Neftin qiymətinin azalması uzunmüddətli olmayacaq"
Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç neft hasilatına yatırılan sərmayənin azalması ilə neftin qiymətinin qalxacağını gözləyir. "Report" TASS-a istinadən xəbər verir ki, belə bir proqnozu o, "Rossiya 24" telekanalına müsahibəsində verib.
"Hesab edirəm ki, neftin qiymətinin azalması uzun müddət davam edə bilməz. Çünki müəyyən müddətdən sonra şirkətlər belə qiymətə tam hasilat etməyəcək. Neft azalarsa, tələb artacaq. Onda qiymətlər də qalxacaq", - baş nazirin müavini bildirib.
Qeyd edək ki, "Brent" markalı neftin dəyəri 2014-cü ilin iyunundakı rekord həddən artıq 70 % ucuzdur. 2015-ci ilin dekabr ayında "Brent" 2004-cü ildən bəri ən aşağı qiymətə - bir bareli 36 dollara satılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər