Suriyaya gedən azərbaycanlıya Rusiya cinayət işi açdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 266
Suriyaya gedən azərbaycanlıya Rusiya cinayət işi açdı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən azərbaycanlı haqqında məlumat yayıb.
APA-nın prokazan.ru saytına istinadən verdiyi məlumata görə, Rusiya FTX-nin Tatarıstan Respublikası üzrə İdarəsi terrorçu təşkilata qoşulmaq üçün Suriyaya gedən üç Rusiya vətəndaşının adını açıqlayıb.
Onların arasında azərbaycanlı, 1990-cı il təvəllüdlü Quliyev Malik Seyfulla oğlu da var.
FTX-dən onların artıq Suriyada olduğu və barələrində Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər