İŞİD belə edam olunmamışdı: bu müsəlmanlar dünyanı şoka saldılar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 15:16 | Şərh sayı: (0) | Baxılıb: 279
İŞİD belə edam olunmamışdı: bu müsəlmanlar dünyanı şoka saldılar
"Biz müsəlmanıq. Biz şər, qorxu, terror deyilik. Əksinə, əsl müsəlman şərə, qorxuya, terrora qarşı mübarizə aparır".
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının yaydığı edam videolarına qarşı əks-təbliğat hələ belə effektiv, yaddaqalan və ən başlıcası, təsirli olmamışdı.
Suriyanın şimal bölgələrində fəaliyyət göstərən və prezident Bəşər Əsədin qoşunları ilə yanaşı, İŞİD-ə, "Əhrar əl Şam"a, "Cəbhət əl Nüsra"ya qarşı vuruşan "Cəbhət əl Şamiyyə" qruplaşması çox yüksək səviyyədə hazırlanmış videonu sosial şəbəkələrdə yayıb.
"Cəbhət əl Şamiyya" qruplaşması "Ləşkər əl Mücahiddin", "Hərəkat əl Nur əl Din əl Zanki", "Fəstəqim Kəma Umirt", "Asala vəl Tənmiya" və "Hərəkat Həzzm" qruplarını birləşdirir.
Əyinlərinə narıncı kombinezonlar geiyndirilmiş İŞİD mənsublarının hər biri özü barədə məlumat verir. Sonra bu şəxslər Hələb şəhərinin kənarındakı təpəliyə aparılır.
Baş verənlər eynən İŞİD-in yaydığı edam videolarının təkrarıdır.
İŞİD terrorçularını sıraya düzürlər, diz çökdürürlər.
Onların arxasında üzlərində maska, əllərində tapança olan "Cəbhət əl Şamiyya" üzvləri var.
Hökm oxunur və ən son anda İŞİD terrorçularının başlarına atəş açılmır - əksinə, arxada duranlar üzlərindəki maskaları çıxarıb atır, gedirlər.
İŞİD terrorçuları güllələnmirlər.
Daha sonra ağ paltarlı şəxs danışmağa başlayır. O, "Cəbhət əl Şamiyya" mənsubudur.
Bu adam qarşısında oturdulmuş İŞİD terrorçularına xitabən deyir: "Müsəlman ilk əvvəl şəfqətli insandır. Bunu unutmayın. Şər, terror bizim siyasətimiz deyil. Müsəlmanlar terrorçu, cinayətkar deyillər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər