Seyid Nəsrullah və Bəşər Əsədin başına 5 mln avro pul mükafatı qoyuldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 14:57 | Şərh sayı: (0) | Baxılıb: 362
Seyid Nəsrullah və Bəşər Əsədin başına 5 mln avro pul mükafatı qoyuldu
İslamazeri.az "Qasioun" informasiya agentliyinə istinadən xəbər verir ki, "Əl-Qaidə"nin Suriyadakı qolu "Nusra Cəbhəsi"in rəhbəri Əbu Məhəmməd Colani Suriya prezidenti Bəşər Əsədin başına 3 milyon, "Hizbullah" müqavimət hərəkatının rəhbəri Seyid Həsən Nəsrullahın başına isə 2 milyon avro pul mükafatı qoyub. Colani bu barədə Suriyadakı hadisələr haqda çıxış edərkən danışıb. Rusiyanın Suriyadakı əməliyyatlarını pisləyən Colani çıxışının sonunda Bəşər Əsəd və Seyid Həsən Nəsrullahın başına pul mükafatı qoyduğunu açıqlayıb. Əbu Məhəmməd Colani 2011-ci ilin sonlarında "Əl-Qaidə"nin Suriyadakı qolu "Nusra Cəbhəsi"ni yaratmışdı. Təşkilatda 100-dən çox ölkədən olan terrorçu var. Əbu Məhəmməd Colani bir neçə ay öncə "Əlcəzirə" telekanalında canlı müsahibə vermişdi. O, müsahibə zamanı üzünün görünməsini istəməmişdi.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər