XİN: "Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 17:03 | Şərh sayı: (0) | Baxılıb: 307
XİN: "Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq"
Ermənistan kütləvi informasiya vasitələri tərəfindən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumat verilib. Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən bu fakt araşdırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallarla Azərbaycanın narazılıq və narahatlığı ABŞ Dövlət Departamentinə çatdırılacaq: "Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ tərəfindən qondarma rejimi təşviq etmək məqsədilə Vaşinqtona səfər etmək üçün K.Mirzəyan adlı şəxsə viza verilməsi düzgün addım deyil".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər