Rusiya "kürd kartı"nı işə salır - Səlahəddin Moskvaya gedir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2015, 12:10 | Şərh sayı: (0) | Baxılıb: 261
Rusiya "kürd kartı"nı işə salır - Səlahəddin Moskvaya gedir
PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, S.Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır.
O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib.
"Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq", - deyə S.Dəmirtaş bildirib.
Səfər dekabrın 23-nə nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər