Məkkədə kranın aşmasının SƏBƏBKARLARI - 5 nəfər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 20:25 | Şərh sayı: (0) | Baxılıb: 323
Məkkədə kranın aşmasının SƏBƏBKARLARI - 5 nəfər
Səudiyyə Ərəbistanının Ciddə şəhər Təhqiqat Bürosu və Prokurorluğu Həcc ziyarəti zamanı Məkkənin əl-Haram məscidində qaldırıcı kranın aşması nəticəsində kütləvi insan ölümünə səbəb olan hadisədə təqsirli bilinən 5 nəfəri müəyyənləşdirib.
Ixlas.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şübhəli şəxslərin adları açıqlanmasa da, onların podratçı şirkətin texniki işçiləri, mühəndis və inzibati sahələrdə çalışan əməkdaşları olduğu bildirilir.
Qeyd edək ki, bu il sentyabrın 11-də Həcc ziyarəti zamanı Məkkədə qaldırıcı kranın aşması nəticəsində 109 nəfər ölüb, 230-dan çox insan xəsarət alıb.
Sentyabrın 24-də, Qurban bayramında isə izdiham nəticəsində 1000-dən çox zəvvar ölüb, minlərlə şəxs xəsarət alıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər