Səhiyyə Nazirliyi xəsarət alan neftçilərlə bağlı açıqlama yaydı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 15:34 | Şərh sayı: (0) | Baxılıb: 266
Səhiyyə Nazirliyi xəsarət alan neftçilərlə bağlı açıqlama yaydı
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan SOCAR əməkdaşlarının müalicəsi üçün bütün zəruri tədbirlər görülür.
Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Ümumilikdə Mərkəzi Neftçilər Xəstəxanasına 31 nəfər yerləşdirilib, onlardan 22 nəfər ambulator müalicəsi alaraq evə buraxılıb. Bazar ertəsi günü onlar təkrar olaraq müayinədən keçəcəklər. 8 nəfər isə müxtəlif diaqnozlarla stasionar müalicə almaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında qalıb. Bir nəfər Yanıq Mərkəzinə göndərilib", - deyə mətbuat xidmətində bildiriblər.
Səhiyyə naziri Oqtay Şirəliyev şəxsən xəsarət alanları ziyarət edib, onlara göstərilən müalicənin keyfiyyəti ilə maraqlanıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər