Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı iddialara cavab verib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 14:21 | Şərh sayı: (0) | Baxılıb: 439
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı iddialara cavab verib
Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfiri Müsaid bin İbrahim əs-Suleym Trend Beynəlxalq İnformasiya Agentliyində Bəxtiyar Hacıyevin müəllifiyi ilə oktyabrın 1-də yayımlanan "Həcc mərasimi: Allah sevgisi, intihar, yoxsa yəmənlinin qətlinə kömək ..."
Səfir Müsaid bin İbrahim əs-Suleym Trend-ə bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti Allahın evini ziyarətə gələn zəvvarlara göstərilən xidmətlərin və rahatlığın artırılması və bu rükunun yerinə yetirilməsi üçün milyardlarla dollar xərcləyib: "Qeyd edim ki, Səudiyyə Ərəbistanı Krallığı zəvvarlardan 1 rial da almır, əksinə zəvvarlar Həcc rüsumunu öz ölkələrindəki Həcc ziyarətinin təşkilinə cavabdeh olan qurumlara ödəyirlər. Qurban ətləri ilə əlaqədar isə bildirirəm ki, Səudiyyə Ərəbistanı Krallığı qurban ətlərindən istifadə, onun ərəb və müsəlman ölkələrindəki kasıblara, ehtiyacı olanlara və qaçqınlara, o cümlədən Azərbaycandakı qaçqınlara paylanılması üçün 500 milyon dollar xərcləyib. Belə ki, hər il Səudiyyə Ərəbistanı hökumətinin göndərdiyi 5 min qurbanlıq heyvan cəmdəyi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin xətti ilə Azərbaycandakı qaçqınlar və məcburi köçkünər üçün paylanır".
Səfir suriyalı qaçqınlarların qəbulu məsələsi ilə bağlı bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı Suriya böhranı yaranandan bəri iki milyon yarıma qədər Suriya vətəndaşlarını qəbul edib, onların şərəf və ləyaqətlərini, sağlamlıqlarını qoruyaraq onlarla qaçqın kimi davranılmamasına və çadırlara atılmamalarına diqqət göstərib. Həmçinin Krallıq onlara tam hərəkət azadlığı, Səudiyyə Ərəbistanında qalmaq istəyən yüz minlərlə suriyalıya daimi sakinlərə oxşar müntəzəm yaşayış, ödənişsiz səhiyyə xidmətlərindən istifadə, əmək bazarında məşğulluq və təhsil hüququ verib.
Səfir Müsaid bin İbrahim əs-Suleym məqalədəki yəmənlinin qətlinə kömək iddiasına münasibət bildirirərək deyib ki, hüquqi Yəmən hökumətinin tələbinə əsasən, Səudiyyə Ərəbistanı Krallığı və Ərəb Koalisiyası qardaş Yəmən üçün qanunun və ümidin bərpa olunmasına görə Husi milislərinə (qruplaşmalarına) və devirilmiş Prezident Salehin qüvvələrinə qarşı əməlliyatlar həyata keçirib: "Bildirim ki, Yəmən xalqını qətlə yetirənlər və onun sabitliyini pozmaq istəyənlər xaricdən dəstək alan, Yəmənin və Yəmən xalqının sabitliyini istəməyən məhz Husi qruplaşmalarıdır".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər