Hacılarımızı Məkkədə aeroportdan otellərə qaytardılar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-09-2015, 12:24 | Şərh sayı: (0) | Baxılıb: 598
Hacılarımızı Məkkədə aeroportdan otellərə qaytardılar
"Bizə verilən qrafikə uyğun olaraq sentyabrın 29-na gecən gecə 03:30-da ilk zəvvar qrupu Bakıya yola düşməli idi. Ona görə də həmin zəvvarlar otellərindən çıxarılıb və hava limanına gəlmişdilər. Uçuşların baş tutmaması Səudiyyə Ərəbistanına məxsus şirkətin məsuliyyətidir. Çünki uçuşları həmin şirkət həyata keçirir".
Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov deyib.
O, bildirib ki, hazırda QMİ-nin nümayəndələri zəvvarların arasındadır və onların problemlərini həll etməyə çalışırlar.
QMİ-nin Səudiyyə Ərəbistanında olan İşlər müdiri, zəvvar qrupuna rəhbərlik edən hacı Həmdulla Babayev isə "Report"a açıqlamasında hazırda özünün də sentyabrın 29-da Məkkədən qayıtmalı olan, lakin, təyyarə uçuşları gecikən hacı qrupunun arasında olduğunu bildirib. Onun sözlərinə görə, problem həll olunub və onlar hava limanında qeydiyyatdan keçirlər: "Səudiyyə Ərəbistanının uçuşları həyata keçirməli olan şirkəti problemi həll etdi. Ötən gecə zəvvarları öz hesabına otellərə yerləşdirdilər. Gün vuranların da vəziyyəti yaxşıdır. Artıq biz hava limanındayıq. Bir saatdan sonra - Bakı vaxtı ilə təxminən 12:10-da zəvvarları gətirən təyyarə buranı tərk edəcək. Gecikən qrupu gətirəcək ikinci təyyarə isə 5 saatdan sonra uçacaq".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər