Nardaranda yaralananlardan xəbər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 311
Nardaranda yaralananlardan xəbər
Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində yaralananlardan hələ də xəstəxanada qalanlar var.
Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib. Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər hələ də xəstəxanada müalicə alır. Yaralıların vəziyyəti normaldır və həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaranda keçirdikləri əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər öldürülüb, bir neçə nəfər isə yaralı vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər