RSS
 

Login:
Şifrə:
» » Dövrümüzün aşuraları

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dövrümüzün aşuraları

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-12-2015, 00:42 | Şərh sayı: (0) | Baxılıb: 366

Dövrümüzün aşuraları


Dövrümüzün aşuraları


Yeddinci əsrdə İraqın Kərbəla şəhərində bir faciə yaşandı: İslam dininin banisi həzrət Məhəmmədin (s) nəvəsi olan İmam Hüseyn (ə) elə müsəlmanların özü tərəfindən vəhşicəsinə qətlə yetirildi. Onunla birlikdə azsaylı tərəfdarları, qohum-qardaşı da şəhid edildi, şəhid ailələri əsir alınıb şəhər-şəhər gəzdirildi, təhqir və işgəncələrə məruz qaldı. O gün məhərrəm ayının aşura, yəni onuncu günü olduğundan, uyğun hadisə də tarixə eyni adla düşdü. Amma bu, ilk aşura olsa da, sonuncu olmadı.
Aşura özündən sonrakı dönəmdə müsəlmanların, əsasən də Əhli-beytçi müsəlmanların fərdi, ictimai və siyasi həyatında çox ciddi təsir buraxmışdır. Bu hadisədən bir neçə il keçdikdən bu günə qədər çoxlu qiyam, inqilab və digər siyasi hərəkətlər məhz Aşura qiyamından ilham almışlar. Əsrlər boyu Əhli-beyt (ə) tərəfdarlarının məhərrəm ayında təşkil etdiyi matəm tədbirləri, əzadarlıqlar bilavasitə Aşura faciəsi və onun qurbanlarından ötrüdür. O zamandan indiyədək insan oğlunun başına gətirilən faciələr, çəkdiyi müsibətlər Aşura faciəsinin davamı, öz dövrünün aşuralarıdır.
Uzağa getməyək, ötən əsrdə özümüzün başımıza gətirilən aşuralara nəzər salaq: 1905-ci il aşuraları, 1918-ci il 31 mart aşurası, 1920 və 1937-ci il aşuraları, 1990-cı il 20 yanvar aşurası, 1992-ci il 26 fevral aşurası, 1992-ci il 8 may Şuşa, 17 may Laçın aşuraları və... Bir qədər kənara çıxsaq, Fələstin, Livan, Əfqanıstan, Pakistan, İraq və digər aşuralar...
Sadaladığımız və sadalamadığımız bütün humanitar faciələri “aşura” adlandırmağımız əbəs deyil. Bir İslam aliminin toxunduğu məqama diqqət yetirin: ”Tarixin hər hansı bir dönəmində, dünyanın hər hansı bir nöqtəsində haqq əzilirsə, haqq öldürülürsə, orada Əli (ə) öldürülür. Çünki Peyğəmbərimizin hədisinə əsasən, “Əli haqladır və haqq Əli ilə”. Bu alimin kəşf etdiyi düstürü İmam Hüseynə (ə) aid etdikdə də nəticə oxşardır. İmam Hüseyn (ə) bir dəfə öldürülmədi; harada məzlum insan öldürülür, mübariz kütlələr məhv edilirsə, orada Hüseyn (ə) öldürülür; harada cinayət baş qaldırır, zalımlar hakim olursa, orada Yezid baş qaldırır, İbn Ziyad meydan sulayır. Çünki Hüseyn (ə) yazıq və məzlum kütlələrin rəhbəridir. Çünki Hüseyn (ə) azadlıq rəmzi, zalımlar əleyhinə mübarizə simvoludur. Çünki Hüseyn (ə) öz hərəkəti, yaydığı bəyanatları və etdiyi çıxışlarıyla təkcə Yezid əleyhinə deyil, dünya durduqca bütün zalım, işğalçı və təcavüzkarlar əleyhinə üsyana qalxdı. Buna dəlil olaraq o həzrətin bəzi sözlərinə nəzər salaq: “Müsəlman ümmətinə Yezid kimi birisi rəhbərlik edəcəksə, İslam dininin fatihəsi oxunmalıdır”. “Mənim kimisi Yezid kimisilə beyət etməz”. “Qiyam etməkdə məqsədim yaxşılıqlara dəvət edib, pis işlərdən çəkindirmək, babamın və atamın (Peyğəmbərin (s) və İmam Əlinin (ə)) yolu ilə hərəkət etməkdir”.
Bu və bu kimi digər cümlələrilə İmam Hüseyn (ə) öz qiyamının ümumbəşəri bir qiyam olduğunu, Yer üzünü fəsada çəkən bütün zalımlar əleyhinə reallaşdığını göstərir və belə deməyə əsas verir: “İmam Hüseyn (ə) təkcə Yezid əleyhinə deyil, bütün zalımlara qarşı qiyam etdi. O, dünya durduqca məzlumların lideri, azadlıq və hürriyyət uğrunda aparılan mübarizələrin ideoloji rəhbəri olaraq qalacaqdır”. Məhz buna görədir ki, Hindistan azadlıq hərəkatının başçısı Mahatma Qandi belə deyir: “Mən İslamın böyük qəhrəmanı Hüseynin həyatını diqqətlə mütaliə etmişəm və belə nəticəyə gəlmişəm ki, Hindistan azad bir ölkə olmaq istəyirsə, ondan dərs almalı, onun kimi hərəkət etməyi bacarmalıdır”.
Mövzudan yayınmayaq. Dedik ki, Aşura yalnız bir gün deyil, bəşər tarixi indiyətək minlərlə, milyonlarla aşuranın şahidi olub. Və İmam Hüseyn (ə) aşurası bu aşuraların başında durur. İmam Hüseyn (ə) aşurasının qəhrəmanları, onu doğuran səbəblər və özündən sonrakı dönəmdə qoyduğu təsirlər digərlərindən müqayisəolunmaz dərəcədə fərqlənir.
İmam Hüseyn (ə) aşurasına qarşılıq vəzifələrimiz az-çox bəllidir. Əhli-beyt (ə) tərəfdarları qışın soyuğuna, yayın istisinə və yolun uzunluğuna baxmayaraq hər il bütün dünyada təziyə məclislərinə yığışır, İmam Hüseyn (ə) üçün göz yaşı axıdırlar. Bəs dövrümüzün aşuralarına qarşı mövqeyimiz necə olamalıdır? Görəsən İmam Hüseyn (ə) aşurasını böyük təntənə ilə qeyd edib, digər aşuralara biganə qala bilərikmi? Qurani-kərimə və Peyğəmbər (s) sünnəsinə əsaslanaraq uyğun suala qətiyyətlə “yox” cavabını vermək olar. Quranda belə oxuyuruq: “Bütün möminlər qardaşdırlar” (Hucurat/10). Peyğəmbərimiz isə belə buyurub: “Kim müsəlmanların problemlərinə laqeyd halda səhər etsə, müsəlman deyil” (Kuleyni, "Usulul-kafi", səh. 420).
Bəli, bunlar müsəlman aşuraları haqda. Lakin məsələnin qoyuluşu bir qədər fərqlidir. Bizə görə təkcə müsəlmanların faciəsi deyil, bütün insani faciələr İmam Hüseyn (ə) peykərinə vurulan yaradır. Yer üzündə nahaq tökülən bütün qanlar müqəddəsdir. İmam Əlinin (ə) xilafəti dövründə soyğunçular bir kafir qadını qorxudub zinət əşyalarını almışdılar, ona kömək göstərən olmamışdı. Xəbəri eşidən İmam buyurmuşdu ki, kimsə bu hadisəyə təəssüfdən ölsə, onu qınamaq lazım deyil, əslində belə də olmalıdır. Peyğəmbərimiz isə belə hadisələrə biganə qalanları ümumiyyətlə müsəlman saymır: “Kim bir insanın “ey müsəlmanlar!”- deyə çağırışını eşitsə, lakin cavab verməsə, müsəlman deyil” (Yenə orada; Tusi, "Təhzibul-əhkam", c. 6, səh. 175). Yəni təkcə Qarabağda, Fələstində, İraqda, Yəməndə və yaxud da Kəşmirdə müsəlmanlara yox, hətta Anqolada, Panamada və yaxud Mozambikdə dinindən asılı olmayaraq insanlara zülm olunsa və biz biganə qalsaq, müsəlman deyilik! Qurani-kərimin belə bir zamana görə dəvəti isə daha maraqlıdır: "(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda və (zalımların əlində) aciz qalmış kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa/75).
Beləcə çətinləşir müsəlmanın işi. İslamda biganəlik yoxdur. Biganə insandan müsəlman çıxmaz. Müsəlman təkcə müsəlmanların deyil, bütün insanların probleminə həssasdır. Müsəlman öz peyğəmbərindən qeyrət dərsini öyrənib. Müsəlman, hətta kafirin də halına laqeyd olmayan İmam Əlinin (ə) davamçısıdır. Müsəlman ədalət naminə Hüseyn (ə) adlı qurban verib. Elə buna görə də, haqsız öldürülən insanları, zülm altında inləyən kütlələri gördükdə istər-istəməz Hüseyni xatırlayır. Coğrafi mənsubiyyət onun üçün o qədər də əhəmiyyət kəsb etmir. Onun nəzərində, Qarabağ da, Fələstin də, Livan da Kərbəla ola bilər. Onun nəzərində həqiqi İslamı başa düşən hər bir kəs Adəm övladının başına gətirilən faciəvi səhnələrə, düşmən əlində qalan torpaqlarımıza, mal tövləsinə çevrilmiş məscidlərimizə, yerlə yeksan edilmiş qəbiristanlıqlarımıza, hər an təcavüzə məruz qalmış müsəlman əsirlərinə diqqətlə baxsa, Fələstində, Qəzzə də bu gün də qətlə yetirilən məsum körpələrə, fosforlu bombaların alov şöləsindən gözünü, qulaqbatırıcı gurultusundan ağlını itirən, səksəkəli halda “ana, ana!”- hayqıran azyaşlı uşaqlara baxsa, İraqda, Əfğanıstanda, Kəraçidə məzlumcasına məhv edilən Adəm övladlarına baxsa, Quantanamoda nahaq yerə həbs olunan, həbs olunma səbəbi belə deyiməyən və ən adi məhbus hüquqlarından da məhrum edilən müsəlmanlara baxsa, İsrailin Telmud həbsxanalarında işgəncədən şikayət eləyən müsəlman qadınlara baxsa, görər ki, ora Xocalı deyil, Fələstin deyil, Qəzzə deyil, Livan deyil, ora Kərbəladır, ora İmam Hüseynin (ə) qətlgahıdır. Görər ki, bu günlər 26 fevral deyil, 18 may deyil, 2009-cu ilin yanvarı deyil, bütün bu günlər aşura günü, hicri 61-ci il məhərrəm ayının 10-dur. Görər ki, bu yerlərdə İmam Hüseynin (ə) başı Şimr əlindədir, bu yerlərdə həzrət Zeynəbi (s) və mövla Hüseynin (ə) yetim balalarını əsir aparırlar. Bütün bu yerlərdə yandırılan çadırların tüstüsü ilə birgə həmdə Əhli-beyt hərəminin ah-nalələri göylərə ucalır...
Kimsə məni İmam Hüseynin (ə) və onun aşurasının məqamını kiçiltməkdə günahlandırmasın. Bir zaman özüm də belə düşünmüşdüm. Aşura günü Qəzzə hadisələrini işiqlandıran xəbər kanalını (İran televiziyasının 5-ci kanalı) qınamışdım. Qınamışdım ki, yerin-göyün qan ağladığı bir zamanda bunlar nə üçün xəbərdən əl çəkmirlər? Nə üçün belə bir gündə gözəl rövzələr, mərsiyələr yayımlamırlar? Amma sonra bu fikirlərin yanlış olduğunu anladım. Düşündüm ki, məgər İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Bundan ötrü şəhid oldu ki, üstündən 1370 il keçəndən sonra onun haqqında yazılan gözəl şeirlərə, məlahətli səslə oxunan rövzələrə qulaq asıb ləzzət alaq, yaxud sinə vurub ağlayaq? Məgər İmam Hüseyn (ə) zülmə, haqsızlığa etiraz edərkən şəhid edilmədi?! Məgər İmam Hüseyn (ə) buna görə qiyam eləyib şəhid olmadı ki, biz daima zülmə, təcavüzə, haqsızlığa qarşı mübarizə aparaq, haqq və batilin mücadiləsində özümüzü kənara çəkməyək, bitərəf mövqe sərgiləməyək?! Məgər imamlarımız əzadarlıq haqqında bu qədər tövsiyələri ondan ötrü eləməyiblər ki, biz “hər gün Aşura, hər yer Kərbəladır!” dərsini öyrənək?! Məgər Mahatma Qandi, İmam Xomeyni və onlar kimi yüzlərlə, minlərlə dahi şəxsiyyət Aşura qiyamını örnək seçərkən İmam Hüseynə (ə) rövzə oxuyub ağlamağımı nəzərdə tuturdular, yoxsa onun fədakarlığını, mübarizliyini, müqəddəs amalı uğrunda hər şeyini qurban verməsini?!...
Söz yox ki, İmam Hüseynə (ə) əza saxlamağın böyük savabı var. Bunu heç kəs inkar edə bilməz. İmam Huseyn (ə) üçün tökülən bir damla göz yaşı bir insanın taleyini dəyişdirmək, onu əbədi səadətə qovuşdurmaq iqtidarındadır. Məhərrəm təziyəsində ixlasla xidmət göstərən hər bir kəs gözlədiyindən də artıq mükafat alacaq. Lakin məsələ burasındadır ki, bunlar məqsəd deyil, vasitədir. Əza saxlamaqla vəzifə bitmir. Bütün bu əzadarlıqlar Aşura məktəbinin və İmam Hüseyn (ə) ideallarının yaşaması üçündür. Biz İmam Hüseyn (ə) aşurası üçün əzadarlıq edib, dövrümüzdə yaşanan aşuralara biganə qala bilmərik. Bu gün Qarabağda, Qəzzədə, İraqda və diğər bölgələrdə baş verən faciələr hər bir müsəlmanın dərdi olmalıdır. Hazırda qan su yerinə axıdılan Qəzzə hadisələri bütün bəşəriyyətin və öncəliklə müsəlmanların diqqət mərkəzində olmalıdır. Özünü müsəlman adlandıran hər bir kəs genosidə məruz qalan məzlum Fələstin xalqının azadlığı naminə əlindən gələni etməlidir. Həqiqi Hüseyn (ə) davamçılarının yolu bu yoldur. Sən də, əziz oxucum, hər gecə yatağına girərkən bunu düşün: Bu gün Qəzzədə onlarla insan – uşaq, qadın, qoca yandırılaraq külə çevrildi. Buna qarşılıq öhdəmə düşən vəzifəni yerinə yetirə bildimmi?



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor