Aşura - ərəb mənşəli sözdür |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-10-2015, 02:02 | Şərh sayı: (0) | Baxılıb: 2466
Aşura - ərəb mənşəli sözdür
Aşura...
Aşura - ərəb mənşəli sözdür. "10” mənasını ifadə edir. Məhərrəm ayının onuncu günü üçün işlənməsi isə hamıya məlum olan tarixi hadisə ilə əlaqəli olduğuna görədir. Həmin gün İmam Hüseyn (ə) və onun 72 nəfər silahdaşı Yezidin qoşunları tərəfindən faciəli şəkildə qətlə yetirildi. Şəhidlərin başları kəsildi,onların heç birinə rəhm olunmadı və bədənləri atların ayaqları altında tanınmaz hala salındı. Ərbəin... Ərbəin - ərəb mənşəli sözdür. "40” mənasını ifadə edir.İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin şəhadətə çatmaqlarının qırxıncı günü. Həmin gün məscidlərdə əzadarlıq mərasimləri keçirilir, mərsiyyələr və nohələr oxunur.
Tasua...
Tasua - ərəb mənşəli sözdür. "9”-cu mənasını ifadə edir. Aşura günündən bir gün əvvəl nəzərdə tutulur. Kərbəla iştirakçılarının mühasirədə qaldıqları doqquzuncu gün. Tarixi məlumatlara görə, İmam Hüseyn(ə) həmin gün ibadət etmək məqsədilə Yezidin qoşunundan möhlət alır.
Mərsiyə...
Mərsiyə - ərəb mənşəli sözdür. Vəfat edən şəxsin yaxınlarının onu yad edib ağlamaqlarına və kədərli şeirlər söyləməsinə deyilir. Mərsiyələrdə, adətən həmin şəxsin yaxşı xüsusiyyətlərindən söz açılır. Mərsiyənin tarixi İslamdan əvvələ qayıtsa da, Kərbəla hadisəsindən sonra yalnız İmam Hüseyn (ə) və onun tərəfdarlarının müsibətləri haqqında oxunan şeirlərə "mərsiyyə” deyildi.
Əzadarlıq...
Əzadarlıq - ərəb mənşəli sözdür. Kərbəla şəhidlərinin il dönümünə həsr olunan məclislərə verilən addır. İlk əzadarlıq mərasimləri hicrətin 61-ci ili İmam Səccad (ə) və Hz. Zeynəb (ə) tərəfindən Mədinə şəhərində keçirilir.
Nohə...
Nohə - ərəb mənşəli sözdür. Matəm nəğmələri deməkdir. Dünyasını dəyişən şəxsin xatirəsinə həsr olunan qəmli nəğmələr "nohə” adlanır. Məsum İmamların müsibətlərinə həsr olunan nohələr istisna olmaqla, digər insanlar üçün nohələrin oxunulması bəyənilməyən əməllərdəndir.
Matəm...
Matəm - ərəb mənşəli sözdür. Qəm-qüssə, kədər, əzadarlıq, müsibət deməkdir. Matəm mərasimləri insan dünyasını dəyişdiyi zaman təşkil olunur. Dünyasını dəyişən şəxsin ruhuna dualar və Quran oxumaq, ehsan vermək və dini moizələr (söhbətlər) etmək bu mərasimlərə xas olan əməllərdəndir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər