Imam Hüseyn (ə) qiyamı |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 30-01-2013, 19:23 | Şərh sayı: (2) | Baxılıb: 9112
Imam Hüseyn (ə) qiyamı
Hər bir insanın həyatda əməl etməli olduğu ən vacib vəzifələrdən biri haqqı tanıyıb ona itaət etmək, batilə isə nifrət göstərib ondan uzaq olmaqdır. İnsanın bütün əməllərinin də məhz bu iki cəhətə köklənməsi zəruri bir hal hesab olunur. Belə ki haqqa mərifəti olmayan və batildən uzaq durmayan şəxsin hətta etdiyi hər bir ibadət belə dəyərsiz və təsirsiz olacaqdır. Haqqın böyük nişanələrindən biri olan İmam Hüseyn(ə) bütün əməllərin kökü sayılan bu iki əsas xüsusiyyəti, yəni haqqa məhəbbət və batilə nifrəti təkcə öz həyatında və etdiyi qiyamında deyil, hətta qiyamətə qədər olan təsirində belə çox yüksək səviyyədə əks etdirmişdir. İmam Hüseyn (ə) Kərbəlada haqqı nümayiş etdirərək orada iki dəstə, şeytani və Rəhmani dəstə yaratdı. Şeytani dəstədə bir nəfər olsun belə Rəhmani, Rəhmani dəstədə isə bir nəfər də olsun şeytani adam qoymadı. Onları bir-birindən tamamilə ayırıb hər kəsi öz layiq olduğu yerinə göndərdi. Bir tərəfdə tam gözəllik, digər bir tərəfdə isə tam çirkinlik. Daha sonra isə O Həzrət özündə və öz tərəfində nə qədər gözəllik var idisə hamısını bir-bir üzə çıxarıb düşmən tərəfinin də iç üzünü bütün dünyaya tanıtdıraraq onları rüsvay etdi. Bu yolda ailə və uşaqlarını da apardı ki öz tərəfində olan gözəlliyi ən son həddə çatdırsın və düşmən tərəfinin də ən son cinayət və çirkinliyini üzə çıxarmış olsun. İmam Hüseyn (ə) haqqı tanıyıb onu sevmək və batildən uzaq durub ona nifrət bəsləmək xasiyyətini özündən sonra insanlara verə bildi və göründüyü kimi hələ də bu təsir davam etməkdədir. Məhz bu da İmam Hüseyn(ə)-ın qələbəsi sayıldı. İbn Ziyad Xanım Zeynəbə dedi: Gördünmü Allah sənin qardaşınla nə etdi: Xanım buyurdu: “Gözəllikdən başqa heç nə görmədim.”
Həzrət Peyğəmbər (s) İmam Hüseyn(ə)-a buyurdu: Allah istəyir səni şəhid və balalarını da əsir görsün. Niyə Allah o həzrətin yaşamasını yox, ölməsini istəyirdi? Çünki İmamın ölməsi və övladlarının əsir götürülməsi olduqca böyük təsirə malik idi ki ona da məhz bu yolla, yəni şəhidliklə çatmaq mümkün idi. Necə ki Həzrət Peyğəmbər(s) İmam Hüseyn(ə)-a buyurur: “Allah sənin üçün bir dərəcə hazırlayıb ki ona heç kəs çata bilməz.” İmam əgər dağların ətəyində fərdi həyata məşğul olsaydı yaxud zahiri qalib gəlsəydi bu zaman bu günkü təsirə yiyələnməyəcəkdi. İmam Hüseyn(ə)-ın ölməsi onun yaşamasından, yaxud da öldürərək zahiri qələbə qazanmasından daha təsirli oldu. İmam yaşadığı həyatı və yaxud zahiri qələbəsi ilə bu əbədi təsiri verə bilməyəcəkdi. Ona görə yox ki İmamın buna gücü çatmazdı. Əksinə, ona görə ki o həzrətə bunun üçün imkan verməyəcəkdilər. Artıq ölməyin və candan keçməyin vaxtı gəlib çatmışdı. Həmin vaxt haqqı batil, batili isə haqq kimi tanıtdırmışdılar. Günahı savab, savabı isə günah bilirdilər. İmam günahı günah yerinə, savab isə savab yerinə qoydu. Tanıtdırdı ki günah günahdır, savab da savab. Yaxşı iş o deyil ki camaat ona yaxşı baxır və yaxud da pis o deyil ki camaat onu pis bilir. Əslində yaxşı və pisin ölçüsü Allahın və dinin nəzəridir. İmam öz ölməyi ilə bir birinə qarışmış haqla batili, savabla günahı bir birindən tam ayırıb hər birini öz yerinə qoydu və beləcə özünün mənəvi qləbəsini qazandı.
İmam Hüseyn(ə)-ın atası Həzrət Əli(ə) razı olmadı ki ikinci xəlifənin dövründə Mədinəyə əsir kimi gətirilmiş İran şahının qızını kəniz kimi satsınlar. O həzrət buyurdu: Bu şahın qızıdır. Rəva deyil ki şahın qızı kəniz kimi satılsın. Yaxu da Həzrət Əli(ə) Xəndəq döyüşündə Əmr ibn Əbdüvədin başını kəsdikdən sonra ona artıq təcavüz göstərmədi və onun qılıncına, zirehinə əl vurmadı. Səbəbini soruşduqda isə buyurdu: “O öz qövmünün pəhləvanıdır. Onun qövmü içərisində özünə görə nüfuzu vardır. Rəva deyil ki ona artıq təcavüz edim.” Hətta bacısı qardaşının cəsədinə baxıb dedi: “Qardaş, əgər səni alicənab bir insan öldürməsəydi sənə ömrüm boyu ağlayardım.” Amma belə bir insanın övladı İmam Hüsey(ə)-ın balalarını hətta kəniz kimi satmaq istəyirdilər. Hansı ki əsirləri Yezidin yanına gətirərkən Rum səfirinin gözü İmamın qızına düşdü və Yezidə dedi ki bu qızı mənə kəniz kimi sat. Xanım Zeynəb buna icazə vermədi və həmin şəxs də sonradan onların Peyğəmbər övladı olduğunu bilib istəyindən əl çəkdi. Bu kimi məqamlar həmin insanların məğlubiyyətini və alçaqllığını göstərir. İmam isə öz şəhadəti ilə haqqa əbədi olaraq qələbə qazandırır və batili rüsvay edir. Çünki qələbə daim təkcə öldürməklə olmur. Ölməyin özündə də bir qələbə vardır və bu cür qələbə şübhəsiz ki daha böyük təsirə malik olur. İlk dəfə İmam Hüseyn(ə)-ın məclisini Xanım Zeynəb Yezidin öz evində divara qara çəkməklə qurdu. Bu məclisə gələn hər kəs qəmlənib ağlayır və qatillərə lənət oxuyurdu. Doğurdan da bu iş, yəni qatilin öz evində İmama məclis qurdurub matəm tutmaq və onun sahibinə lənət oxutdurmaq Xanımın yüksək şücaəti və hünərindən xəbər verirdi. Məhz bu adət ənənə əsrlər boyu davam etməyə başladı. Keçirilən hər bir məclisdə bu qaydaya riayət olunur və beləcə məzlumun ahına, səsinə səs verilir və zalımlar tanınıb lənətlənir.
Bəziləri fikirləşir ki İmam Hüseyn (ə) niyə bilə bilə ölümə getdi?!Bu sual İmamın getdiyi yolu yaxşı tanımamaqdan irəli gəlir. İmamın getdiyi yolu bir faciə və həlakət hesab edib ona görə bu sualı veririk. Amma bu yol ağır bəlalı və zahirən faciəvi də olsa onun sonunda əsl əbədi səadət və cənnət vardır. İnsanın getdiyi yoldan çox onun nəticəsinə fikir verilməlidir. Əgər nəticə əbədi səadətdirsə bəlali və ağrılı yolu getməyinə dəyər. Amma əgər gedilən yolun nəticəsi bədbəxtlikdirsə onun naz-nemətinin və ləzzətlərinin heç bir dəyəri ola bilməz. Həzrət Əli(ə) buyurub: "Sonu od olan ləzzətdə heç bir xeyir yoxdur"
Sual oluna bilər ki insan aşuranı necə yaşamalıdır? Yalnız ağlamaqlamı? Qara geyinib yas məclisləri qurmaqlamı? Cavab üçün əvvəlcə aşuranın mənasını bilmək lazımdır. Aşura bəzilərinin düşündüyü kimi təkcə qara geyinmək, ağlamaq və mərsiyə oxumaq demək deyil. Matəm və əzadarlıq dedikdə sırf bunlar nəzərdə tutulmamalıdır. Heç İmam Hüseyn(ə) da bunun üçün şəhid olmamışdır ki camaat daim qara geyib ağlasın. Bütün bunlar aşura demək deyil. Bu, sadəcə baş vermiş həmin faciəni yaşamağın bir formasıdır və bu da təbiidir ki insan həmişə baş vermiş faciəvi hadisəni qəm-kədərlə, kövrəklik və ağlamaqla qarşılayar. Aşuranın mahiyyəti əslində odur ki insan daim hər yerdə haqqa imanı, ona olan eşqi, ilahi və insani dəyərləri, hər zaman haqqın keşiyində durub məzlumu müdafiə etməyi, zülmə əyilməməzliyi özünə bayraq etsin və ən nəhayət içindəki Yezidləri, Şümrləri öldürüb ora Hüseynləri Əbəlfəzləri Hürrləri hakim eləsin. İmam da məhz bunun üçün şəhid oldu. Bu mənada aşura və kərbəla artıq zaman və məkan sərhədlərini tanımır. O hər zaman və hər yerdə olmalıdır. Başqa sözlə desək: “Hər gün aşura hər yer kərbəla.” Habelə bu mənada olan matəm və əzadarlıqda ifratçılığın da mənası yoxdur. Əzadar dedikdə təkcə qara geyinərək ağlayan şəxs təsəvvür olunmur. Əzadar yəni haqqa sarılan və onun tərəfdarı. Əzadar yəni zalıma baş əyməyən. Elə buna görə də aşura haqqın qələbəsidir. Qanın qılınclara qalib gəldiyi gündür. Biz ağlamaqla, qara geyməklə sadəcə hadisənin qanlı faciəvi tərəfini yaşayır və həmçinin bu tərəfdən ibrət alırıq. Amma bu əzəmətli hadisənin işıqlı səhifəsi də vardır ki o bizim üçün örnəkdir. Məhz onda iman, səbr, haqqa sevgi, ona itaət, zülmə baş əyməmək, səadətli ölümü zillətlə yaşamaqdan üstün tutmaq kimi həyatımız boyu öyrənəcəyimiz çoxlu dərslər vardır. Biz onları öyrənib həyatımızda yaşamağa və yaşatmağa, bir sözlə Hüseynə və onun köməkçilərinə özümüzü oxşatmağa çalışmalıyıq. İmam və onun əzəmətli aşura hadisəsi də məhz bunun üçündür.
Allah İmamı şəhid və balalarını əsir görmək istəyirdi. Çünki başqalarından fərqli olaraq İmam Hüseyn(ə)-ın bərəkəti və şəhadətində verdiyi təsiri ilə hidayət olanlar daha çox olacaqdır. Hədislərdə var ki Peyğəmbər (s) buyurur: “Mənim Əhli beytim nicat gəmisidir. Lakin Hüseynin gəmisi daha sürətlidir.” Yəni onunla həqiqətə tez çatmaq olar. Yaxud da buyurur: “Qiyamət günü ən çox şəfaət edən İmam Hüseyn (ə) olacaqdır.” Yəni O Həzrətin vəsiləsi ilə çoxlu adam hidayət olduğu üçün ən çox şəfaət də onundur.
Əgər İmam zahiri qələbəyə çatsaydı onun qələbəsi sadəcə tarixi bir qələbə kimi tarixin səhifələrndə qalacaq və onlardan biri olacaqdır. Yaxud da ən azı insanlar həmin günü xatırlasalar da qeyd olunan iki xasiyyətə çata bilməyəcəkdilər. O həzrətin sayəsində tarix boyu haqq tanınıb sevilməklə yanaşı Yezidlər də tanındı və camaat tərəfindən daim lənətləndi. Ona görə də İmam ölümünü və övladlarının əsir olmasını bilsə də bu yolu necə gəlmişdisə də bir addım geri çəkilmədən elə də sona çatdırdı. Çünki bilirdi ki burada hansı təsirlər və bərəkətlər var. Əgər Kəbə üçün Allah “O aləmlərə hidayət və bərəkətdir” deyə buyurursa İmam Hüseyn (ə) da bu cəhətdən heç də Kəbədən geri qalmır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir.” Hətta bəzi məqamlarda O Həzrətin təsiri Kəbənin hidayət və bərəkət təsirini də qabaqlayır. Belə ki hətta cahillər O Həzrətin şəhid olduğu ayın hörmətinə cahilliklərindən iki ay əl saxlayırlar. Lakin zilhiccə ayının belə təsiri olmur. Əlbəttə bunu da nəzərə almaq lazımdır ki on dörd əsr bundan qabaq baş vermiş bir hadisənin və şəhadətin bu gün də təsiri varsa və o zamandan bu zamana o öz təsirini qoya bilirsə bu onun nə qədər əzəmətli olduğundan xəbər verir. Ona görə də əgər matəmin mənası budursa qoy o həmişə olsun. Buradan da “hər yer kərbəladır hər gün aşura” sözünün mənası aydın olur. Əgər bir gün və ya bir yer insanı günahlardan və haramlardan çəkindirirsə yaxud insanlara haqqı tanıtdırıb sevdirirsə, batilə nifrət oyada bilirsə qoy o həmişə olsun və bu əsl qələbədir. Artıq bu mənada olan matəm nə zaman, nə məkan, nə də ölçü və hədd tanımır. Harda “Hüseyn” adı çəkilirsə orada öz-özünə nur izzət şərəf azadlıq haqq tələblilik ətri hər tərəfi bürüyür. Onun adının və yaxud onun adına keçirilən hər hansı bir məclisin haqqı tanıtdırmaq, onu sevdirmək və batili tanıtdırıb ona qarşı nifrət yaratmaq xüsusiyyəti vardırsa nə üçün bu həmişə olmasın?! İmam Hüseyn (ə) haqqın səsidir. O bilirdi ki bu işlə haqqı daimi olaraq tanıtdırıb sevdirəcək. İmam İlahi nurdur. Haqdan gələn nur isə heç vaxt sönməz. O Həzrət bilirdi ki onun bu ölməyi və matəmi haqqı hər yerdə gün kimi parladacaq və zülm sütunlarını titrədəcək. İmam Hüseyn (ə) başqa İlahi insanlardan fərqli olaraq hər zaman zülmkarlar üçün aradan getməyən əbədi bir maniəyə çevrildi. Hansı ki digər övliyalar yalnız öz zamanlarının zalımlarına və günahlarına maniə idilər. Lakin İmam Hüseyn(ə) bütün zamanlar üçün bu cür oldu. İmamı yolunun üstündə maniə görən Yezid elə bildi ki onu aradan götürməklə məqsədinə çatacaq və rahat şəkildə öz planlarını icra edəcək. Amma sonda gördü ki o İmamı nəinki özü üçün hətta onu bu cür öldürməklə bütün dövrün Yezidləri üçün də olduqca böyük bir maniəyə çevirdi. Allaha və İmama da elə bu lazım idi. Həzrət Peyğəmbər buyurur: “Həqiqətən möminlərin qəlbində Hüseynin qətlinin bir hərarəti vardır ki o heç vaxt soyumayacaq.”
Beləliklə Yezid tərəfdarları əslində istəyirdilər İmamın məntiq və təsirini öldürsünlər. Bunun da yolunu İmamın özünü öldürməkdə gördülər. Amma sonra gördülər ki onların öldürdüyü yalnız İmamın cismidir. Məntiq və təsiri isə hər yerdə gün kimi parladı və daha da möhkəmləndi. İmam zahiri məğlub olsa da amma məhkum olmayıb əslində qələbə qazandı. Onlar İmamın özünü öldürüb qanını töksələr də lakin məntiqini və nurunu söndürə bilmədilər. İmam öz müqəddəs hədəfini mübarək qanı ilə əbədi olaraq tarixin səhifələrinə yazdı və bütün könüllərə hakim oldu. Beləcə “aşura günü qanın qılınclara qələbə çaldığı gündür” məsələsi inkar olunmaz bir həqiqətə çevrildi.
İn Hüseyn kist ki həme divaneye ust
İn çe şəmist ki həme pərvaneye ust
Yəni, bu Hüseyn kimdir ki hamı divanəsidir. Bu nə cür şəmdir ki hamı pərvanəsidir.
Elə bu səbəbdən də İmam Hüseyn (ə) buyurur: “Mənim kimisi Yəzid kimisinə beyət etməz.” Demir ki “Mən Yəzidə beyət etmərəm.” Bununla da İmam istəyirdi bunu çatdırsın ki Onunla Yəzidin arasındakı məsələ şəxsi məsələ deyildi. Əgər belə olsaydı yenə də bu hadisə tarixdə bükülüb onun səhifələri arasına qoyulacaqdı. Beləliklə İmam bu məsələni qiyamətə qədər açıq saxlayaraq “Hüseynçi insan heç vaxt Yəzidçi ilə barışmaz, daim savaşar” həqiqətini ortaya qoydu.
Muaviyə kimi insanlar dini kökündən məhv edə bilməmələrini nəzərə alıb din içində din yaratmaq üsuluna əl atdılar. Dini dindən ayırıb onu təhrif etdilər. Başqa sözlə desək din köynəyini camaatın əyninə tərsinə geyindirməyə çalışdılar. İmam Hüseyn(ə) da İmaməti insanlara başa salıb onu bərpa etmək uğrunda belə bir mövcud hakimiyyətə qarşı qiyam etdi. Çünki haqq öz oxundan çıxmışdı. Daha doğrusu onu öz mehvərindən və oxundan çıxarmışdılar. Belə olduqda haqq bərpa oluna bilməyəcəkdir. Yer kürəsi öz oxundan çıxsa nələr baş verər?!Haqq və din də öz oxundan ayrılsa artıq faciələr və fəsadlar baş verəcəkdir. Hər şey alt-üst olacaqdır. Necə ki “höccət olmasa yer əhlini özünə çəkər” hədisinin mənası da elə budur. İmam haqqın həmin oxu və mehvəridir. Həzrət Peyğəmbər (s) buyurur: “İlahi! Haqqı Əli(ə)-ın dolandığı yerdə dolandır.” Yəni harda Əli (ə) varsa orada haqq dolanır. O olmasa haqq öz yerini gəlib tuta bilməyəcəkdir və hər şey dağılacaqdır. Ona görə də Həzrət Əli(ə) buyurur: “İmam dənləri özündə cəmləşdirən ipə bənzəyir ki əgər qırılsa dənlər hərə bir tərəfə dağılar.”
Bütün bunlara əsasən də İmam Hüseyn (ə)-ın qiyamının əsl səbəbi o deyildi ki Yezid ondan beyət istədi. Əgər Yezid İmamdan beyət istəməsəydi də İmam ona qarşı öz etirazını bildirib qiyamını edəcəkdir. Qiyamın əsl səbəbi Yezidin hakimiyyətə layiq olmamasıydı və İmam da insanları yaxşılığa dəvət və pislikdən çəkindirmək məqsədi ilə, eləcə də daimi olaraq haqqı və batili insanlara tanıtdırmaq niyyəti ilə bu işi gördü. İmam bilirdi ki onsuz da Yezidlər yenə gələcək. Amma buna baxmayaraq öz ölümü ilə onlara tarix boyu qara ləkə yaxdı. Artıq hamı Yezid xislətli insanları tanıdı və onlara nifrət bəslədi. Əgər İmam qiyam etməsəydi Yezidlər tanınmayacaqdı, haqq batil, batil isə haqq kimi, həmçinin savab günah, günah isə savab kimi tanınacaqdı. Yaxud da daim onlara “bunlar elə bu cür də olmalıdır, nə etmək olar, tale belə gətirib” düşüncəsi ilə yanaşılacaqdı.
Haqla batil tarix boyu bir biri ilə savaşda olmuş və indi də bu savaş davam etməkdədir. Amma sonda bütün işlər təqvalıların, həmçinin Allahın saleh qullarının əlində olacaq və hər şey məhz onların bərpa edəcəkləri haqla nəticələnəcəkdir. “Biz Zikrdən (Tövrat) sonra Zəburda yazmışıq. Yer üzünün varisləri mənim saleh qullarım olacaqdır”(Ənbiya 105) Bu genişlikdə olan dünya, nə vaxtsa ona İmam kimi bir insanın hakim olmasına və məhz onun əli ilə bərpa ediləcək haqqa görə dəyərli və gözəl sayılır. Əks halda isə onun yaşaması və qalmasının heç bir mənası və qiyməti olmayacaqdır. Əgər bu dünyada nə vaxtsa haqq öz yerini gəlib tutacaqsa bu zaman bu əzəmətli dünya yaşamasına dəyər. Dünya haqqın intizarını çəkdikcə qiymətli olur və bu intizar öz nəticəsini verdikdə hər şey özünə əsl həqiqi məna qazanır. Başqa sözlə desək dünyanın mənası çəkdiyi intizardadır. Beləliklə dünya haqqın, haqq isə İmamın intizarındadır. Haqsız dünyanın, İmamsız da haqqın qiyməti yoxdur.

Haci Sahib
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər