RSS
 

Login:
Şifrə:
» » Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 23:47 | Şərh sayı: (0) | Baxılıb: 1109

Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?


Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?


Hər il mühərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə də mühərrəmlik ənənəsinin üzərinə kölgə salmaq istəyən qüvvələr məsələni gündəmə gətirirlər. Bu mövzuda böyük alimlər tərəfindən hədsiz kitablar, məqalalər yazıldığını və şifahi məlumatlar verlidiyini nəzərə alaraq, aşağıdakı məqalədə mətləbi çox uzatmamaq qərarına gəldik. Sizə yalnız ən zəruri bildiyimiz məqamları və ən tutarlı hesab etdiyimiz sübutları qısa şəkildə təqdim edirik.

Birincisi, Kərbəla hadisəsi hər şeydən əvvəl misli görünməmiş bəşəri faciədir. Kərbəlaya aparıb-çıxaran hadisələr zənciri, bilavasitə aşura günündə baş verən olaylar və bundan sonra sağ qalan Əhli-beyt üzvlərinin başına gətirilənlər üstündən on üç əsr keçməsinə baxmayaraq, bu gün də öz pisxoloji təsir gücünü itirməyib. Kərbəla səhrasında qətlə yetirilənlər İslam Peyğəmbərinin nəsil şəcərəsinin üzvləri deyil, sıravi müsəlmanlar olsaydılar belə, yenə faciənin böyüklüyü bizi təsirsiz buraxmazdı.
Ikincisi, Kərbəlada qətlə yetirilənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) ən yaxın qohumları, ciyərparələri idi. Və bu hadisə o həzrətin vəfatından cəmi 50 il sonra baş vermişdi. Vaxtilə Peyğəmbərin başına pərvanə kimi dolanan, ağzından çıxan bircə kəlməni də diqqətsiz buraxmayan, Onu görməyi özünə fəxr sayan səhabələrin ya özləri, ya da övladları soyuqqanlılıqla Onun nəvəsinin başını kəsmiş, tifaqını dağıtmış, nəslinə divan tutmuşdular. Bütün bunlar hələ də ümmət arasında Peyğəmbərin Hüseyn (ə) barədə (o cümlədən, Onun gələcək şəhadəti barədə) buyurduğu hədislərin dolaşdığı bir zamanda baş vermişdi. "Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisini İki Cahan Günəşinin öz dilindən eşidənlərin bir hissəsi hələ sağ idi. Vəfat edən səhabələr də hədisi öz uşaqlarına rəvayət etməyə macal tapmışdılar. Hüseynin (ə) boğazını vaxtilə Peyğəmbərin öpdüyünü öz gözləri ilə görən və ya heç olmazsa, bunu birinci ağızdan eşidən adamlar asanlıqla həmin boğazın xəncər altına qoyulmasına razı olmuşdular. Faciənin ən böyük dəhşəti də bunda idi.

Hüseyn (ə) ali-əbanın sonuncu üzvü idi. Ali-əba (yəni əba əhli) Həzrət Mühəmməd Peyğəmbərin (s) özündən və əbası altına alıb, günahlardan təmizlənməsi üçün dua etdiyi, duasının qəbul əlaməti kimi "Əhzab" surəsinin 33-cü ayəsinin nazil olduğu daha dörd nəfərdən ibarətdir: Həzrət Əli (ə), Fatimeyi-Zəhra (ə), Həsən (ə) və Hüseyn (ə). Bu beş nəfər möminlər üçün müqəddəslik rəmzi, Allahın mərhəmət nişanəsi, arxayınlıq mənbəyi idi. Peyğəmbər vəfat etdikdən sonra möminlər Onun xatirəsini qızı Fatimədə (ə) axtarırdılar. Fatimə (ə) vəfat etdikdən sonra Əli (ə) bütün elmi, şücaəti, ədaləti ilə Peyğəmbərin obrazını zehnlərdə canlandırırdı. Onun şəhadətindən sonra tərəfdarları Imam Həsənin (ə) ətrafında toplaşdılar. Imam Həsən (ə) də şəhid olduqdan sonra ali-əbanın son üzvü Hüseyn (ə) insanlar üçün Peyğəmbərin son yadigarı kimi görünürdü. O, əllərində Peyğəmbərin əllərinin nəvazişini, üzündə Peyğəmbərin dodaqlarının sevgisini yaşadırdı. O, Peyğəmbərin bilavasitə nəslindən olan və o həzrəti görən son şəxs idi. Hüseyn (ə) nəinki yalnız Peyğəmbərin, həm də Fatimənin (ə), Əlinin (ə) və Həsənin (ə) nişanəsi idi. Buna görə də Hüseynin (ə) itkisi hələ o zamankı Əhli-beyt dostlarına da çox ağır gəlirdi. Buna görə də Əhli-beyt tərəfdarları Onun itkisini xüsusi ağrı-acı ilə qarşılamışdılar.

Kərbəla faicəsinə ən böyük dəhşət gətirən xüsusiyyətlərdən biri də zalım və məzlum tərəflər arasındakı kəskin ziddiyyətdir. Tarix boyunca heç bir silahlı münaqişədə müsbət və mənfi tərəflər arasındakı uçurum aşuradakı kimi qabarıq nümayiş etməmişdi. Bir tərəfdə Hüseyn (ə), Abbas, Əli Əkbər, Zeynəb kimi fəzilət səmalarında pərvaz edən misilsiz şəxsiyyətlər, o biri tərəfdə isə Yezid, İbn Ziyad, Ömər ibn Səd, Şümr kimi rəzalət çirkabında qərq olanlar dururdu. Görün, kimlər kimləri haqsız sayır, özünə tabe etmək istəyirdi! Görün, kimlər kimləri öldürürdü!

Hər bir millətin, hər bir xalqın qan yaddaşına həkk olunmuş milli matəm günləri, xatirə tarixləri var. Məsələn, Azərbaycan xalqı üçün 20 yanvar, Xocalı günləri kimi. Bu günlərdə bütün millət hüzn içində olur, hamı həmin günlərin acı xatirəsini yaşayır, o hadisələrin qəhrəmanlarını yad edir. Şənliklər, konsertlər, toylar keçirilmir, şadlıq evləri sifarişləri təxirə salır. Bu, hələ bir millətə aid olan günlərdir. İmam Hüseyn (ə) milyard yarımlıq bütün Islam ümmətinin ortaq qəhrəmanı və müqəddəsidir. Imam Hüseyn (ə) bütün müsəlmanların "Əşhədü ənnə Mühəmmədən rəsulüllah" deyə şəhadət verdikləri Peyğəmbərin nəvəsidir. Hüseyn (ə) ali-əbanın son üzvüdür.

Hər birimiz öz rəhmətə getmiş yaxınlarımızın, ata-anamızın, nənə-babamızın, qardaş-bacımızın vəfat gününün ildönümündə hər cür şənlikdən uzaq olur, o adamı xatırlayaraq üzülürük. Elə isə, bizə Quranı gətirmiş, halalla haramı başa salmış, dünya və axirət səadətinə doğru yolumuzu aydınlatmış, öz canımızdan da artıq sevməli olduğumuz Peyğəmbərin əziz nəvəsinin görünməmiş faciə ilə qətlə yetirildiyi günə hörmətsizlik göstərməyə haqqımız varmı? Yaxınlarımızın matəmini 40 gün qeyd edir, üzümüzə ülgüc vurmur, saçımıza rəng qoymur, bir il toydan-şənlikdən imtina edirik. Elə isə Əhli-beyt şəhidlərinin hər il 40 gün matəmini saxlamaq niyə bizə qəribə görünməlidir? Bir halda ki, bu barədə istər Peyğəmbərin, istərsə də məsum imamların dilindən istənilən qədər tövsiyələr mövcuddur (Yazının həcmini üzatmamaq naminə həmin hədisləri burada qeyd etmirik. Maraqlananlar müvafiq məzmunlu kitablarda yüzlərlə bu cür hədis və rəvayət tapa bilərlər).

Peyğəmbərin ruhunun ağladığı, Fatimənin (ə) və Əlinin (ə) ruhunun kədər içində olduğu günlərdə bizim şadyanalıq etməyimiz, oynaq musiqilərə qulaq asmağımız, əyləncə məclislərinə getməyimiz, hətta toy, ad günü keçirməyimiz vicdana yaraşan iş olarmı? Səmada mələklərin belə matəmə qərq olduğu günlərdə sevinməyi özümüzə necə rəva görərik?
Məsələyə başqa tərəfdən yanaşsaq, Kərbəla faicəsinin hər il canlandırılması həm də güclü siyasi-ictimai, dini-əxlaqi bir amildir. Tarix boyunca haqq uğrunda bir çox qiyamların, azadlıq hərəkatlarının şüarı məhz İmam Hüseynin (ə) intiqamını almaq olmuşdur. Aşura şəhidlərinin tarixçəsi mübariz qüvvələr üçün ilham mənbəyi rolunu oynamışdır.

Aşura haqla batilin, yaxşı ilə pisin, nurla zülmətin, Allahla İblisin qarşıdurma günüdür. Həmin gün baş verənlər bir millətə deyil, bütün insanlığa, bir zamana deyil, bütün tarixə dərs verəcək qədər əhəmiyyətə malikdir. Mühərrəmlik mövsümü insanların haqqı unutmaması, zülmü və zalımı tanıması, heç bir təzyiq qarşısında düz yoldan dönməməsi üçün məktəbdir. Aşura günü və onun davamı olaraq, əsirlər karvanının Şama səfəri boyunca baş verən hadisələrin anoloji variantlarını tarixin hər bir dönəmində, elə bu gün də müşahidə etmək olar. Hər zamanın öz Hüseynləri (ə) və Yezidləri var. Unutmayaq ki, Hüseynin (ə) diri-diri başını kəsənlər, 6 aylıq körpəsini qucağında qanına qəltan edənlər əvvəlcə Onu öz şəhərlərinə dəvət edən, daha sonra qorxu və yalan gücünə öz mövqeyini buraxıb qarşı tərəfə keçənlər idi. Aşura faciəsi bu kimi hiylələrin iç üzünü açan məhək daşıdır. Mühərrəmlik - xalqı öz düşmənləri ilə son nəfəsə kimi mübarizə aparmağa, ölüm-dirim savaşında hər şeyini qurban verməyə, zəlil olmaqdansa şəhid olmağı üstün tutmağa hazırlaşdıran ibrət güzgüsüdür. Mühərrəmlik - şəhidlər yetişdirən mədrəsədir. Mühərrəmlik - ümməti kimliyini unutmağa qoymayan, münafiq və zalım qüvvələri tanımaq üçün dəqiq meyarlar təqdim edən məktəbdir. Yetər ki, ən azından hər ilin 40 günündə bu məktəbin ibrət dərslərini oxumağa və dinləməyə hazır olaq...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor