RSS
 

Login:
Şifrə:
» » Aşura məktəbi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Aşura məktəbi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-12-2015, 00:40 | Şərh sayı: (0) | Baxılıb: 328

Aşura məktəbi


Aşura məktəbi


Məktəbin banisi
Aşura məktəbinin banisi həzrət Hüseyn (ə) 626-cı ildə Ərəbistanın Mədinə şəhərində dünyaya göz açdı. Babası həzrət Məhəmməd peyğəmbər (s), atası İmam Əli (ə), anası isə xanım Fatimeyi-Zəhra (ə) olan Hüseyn (ə), Əhli-beyt (ə) ailəsində böyüyüb, boya-başa çatdı, 632-ci ildə öncə babasını, sonra isə anasını, 661-ci ildə isə atasını əldən verdi və nəhayət, 670-ci ildə qardaşı İmam Həsənin (ə) zəhərlə şəhid edilməsindən sonra ümmətin rəhbərliyini öhdəsinə götürdü.
Müaviyənin hakimiyyəti dövründə İmam Həsənin (ə) onunla bağladığı sülh müqaviləsinin şərtlərinə sadiq qalan həzrət Hüseyn (ə), 680-ci ildə onun ölümündən və oğlu Yezidin xilafətə keçməsindən sonra özünün tarixi qiyamına başladı və elə həmin ildə Kərbəla çölündə şəhid edildi.

Məktəb necə yarandı?

Aşura qiyamına qədər İslam dünyasına belə bir təfəkkür tərzi hakim idi: Müsəlman xəlifəyə itaət göstərmək vacibdir, ona qarşı çıxmaq böyük günahlardan sayılır.
Məhəmməd peyğəmbər (s) yaşadığı 63 il ərzində daim zülmə və haqsızlığa qarşı mübarizə aparıb. Lakin onun tərəf-müqabilləri Məkkə müşrikləri, Əbu Süfyanlar və Əbu Cəhllər olub. İmam Əli (ə) sükut etdiyi 24 ildə haqqını qəsb edən müsəlman xəlifələrə qarşı qiyam etməyib. İmam Həsən (ə) də Müaviyənin hakimiyyəti dövründə onunla sülh bağlamalı olub. Lakin, Yezid xilafət taxtına oturduqdan sonra İmam Hüseynin (ə) ona qarşı fikri belə oldu: “Müsəlman ümmətinə Yezid kimi birisi rəhbərlik edirsə, onda İslamın fatihəsi oxunmalıdır”.
Sözsüz ki, burada əsas amil Yezidin digər xəlifələrdən fərqliliyi və İmam Hüseynçün (ə) yaranan şəraitin yeniliyidir. Amma hər halda, bu imam özünün qiyamıyla sözügedən təfəkkürü batil etdi, ən azı şiə dünyasında kimliyindən asılı olmayaraq, bütün zalımlara qarşı yenilməz mübarizə məktəbinin əsasını qoydu. O, öz qiyamı və nəticədə şəhidliyilə inqilab, mübarizə və ədalət simvoluna çevrildi, Allah yolundakı ölümün səadət, zalımları təsdiq etməyinsə rəzillik olduğunu isbatladı. O sübut etdi ki, yaxşılıqlara dəvət etməyən və pisliklərdən çəkindirməyən bir möminin, hər hansı bir cəmiyyətdə olmasıyla olmaması arasında heç bir fərq yoxdur.

Məktəbin özəllikləri

●İman, təqva və ilahi məsuliyyət hissinə əsaslanır.
●Hidayət (yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək) edəndir.
●Zülmə qarşı barışmaz mövqedədir. Zalım və məzlumun müsəlman və ya kafir olmasının isə fərqi yoxdur.
●Müsəlmanların problemlərinə qarşı biganəlik göstərmir, onların köməyinə tələsir.
●Allah yolunda heç nədən qorxmur, məzəmmətlərdən çəkinmir.
●Dində olan bidət və xurafatlara qarşı, habelə din adından sui-istifadələrlə mübarizə aparır.
●Şəhidliyə olan şövqü hədsizdir.
●Qan qılınca qalibdir. Odur ki, bu məktəbdə ölən də, öldürən də qəhrəmandır.

Üçrəngli Aşura

Aşura faciəsi çox ağır və kədərli faciədir. Hətta südəmər körpələrə belə rəhm olunmayan bu hadisəni eşidəndə, insanın ürəyi qəmlə, qüssəylə dolmaya bilmir. Kəsilmiş başların əzizləri qarşısında, ailə-uşaqlarının gözü qabağında nizələrə taxılması, cansız cəsədlərin çapılıb-talanması, susuz uşaqların qamçı zərbələrilə “sakitləşdirilməsi”, qız və gəlinlərin əsir halında şəhər-şəhər gəzdirilməsi və s., uyğun məktəbin qara rəngini təşkil edən məlum cinayətlərdən yalnız nümunələrdir.
Lakin bu, məsələnin bir tərəfidir. Kərbəla çölünün Aşura qonaqlarına digər aspektdən nəzər saldıqda və hadisənin ikinci səhifəsini vərəqlədikdə, onlarda olan güclü mənəvi və irfani hisslərin, Allahın iradəsi qarşısında təslimçiliklərinin şahidi oluruq. Bu səhifə eşq və məhəbbət vadisidir. Burada, son anları yaxınlaşdıqca daha da ruhlanan, üzündə fərəh əlamətləri sezilən hər bir şəhid, öz məşuqu qarşısında son imtahanını verir. Bu, Aşuranın yaşıl rəngidir.
Nəhayət, qırmızı rəng: mübarizə, qəhrəmanlıq və azadlıq rəmzi. Kərbəla çölünün bu qonaqları dini və ictimai məsuliyyətini dərk edən, cəmiyyətdəki neqativ hallara qarşı etiraz səsini ucaldan mübariz insan toplumudur. Bu insanlar birinci səhifədə nə qədər məzlum və ikinci səhifədə nə qədər aşiqdirlərsə, üçüncü səhifədə də bir o qədər mübariz, qətiyyətli və barışmazdırlar. Aşura məktəbi nə qədər qanlı-qadalı, nə qədər aşiqanədirsə, bir o qədər də sərt və zalım qarşısında əyilməzdir.

Əzadarlığın əsl mahiyyəti

Kərbəla qəhrəmanlarına yuxarıdakı üç yönümdən nəzər salmaq səmimi göz yaşlarını ərməğan gətirir. Üstəlik, diqqət yetirmək lazımdır ki, onlar Peyğəmbər (s) və Əli (ə) övladları, məhəbbətləri vacib buyurulan Əhli-beyt (ə) üzvləridirlər.
İmam Hüseyn (ə) əzadarlığı, bu müsibətçün ağlamaq, sinə vurmaq, məlum şəhid və əsirlərin məzlumluqlarını, onların Allah qarşısında aşiqanə təslimçiliklərini xatırlatmaqla yanaşı, həm də insanlara mübarizə ruhu aşılayır. Hər il məhərrəm təziyəsini qeyd edən millət Aşura qiyamının səbəblərini təkrar-təkrar eşidir, zülmə və təcavüzə qarşı barışmazlıq dərsini öyrənir.
İmam Hüseyn (ə) öz qiyamı və şəhadətilə insanlara anlatdı ki, batil aşkar olduğu zaman haqqın onunla sülhə girməsi düzgün deyildir! İmam Hüseyn (ə) şəhid oldu ki, biz əsl İslamdan xəbərsiz olmayaq, münafiqlərin yalanlarına uymayaq, zalımlar əlində oyuncağa və istismarçılar qabağında yemə çevrilməyək.
İmam Hüseyn (ə) əzadarlığı Aşura məktəbinin daima xatırlanması, insani dəyərlərin təbliğ olunmasıdır. İmam Hüseyn (ə) əzadarlığı zalım və təcavüzkar əleyhinə fəryad qaldırmaq, Yezid və onun tərəfdarları əleyhinə nifrət hisslərinin, Hüseyn (ə) və onun tərəfdarlarına qarşı ülvi duyğuların təhrik olunmasıdır. Bu əzadarlıq Aşura məktəbinin dirçəldilməsi, onun ideyalarının davam etdirilməsidir; əlbəttə, əgər üçrəngli olub, hadisənin bütün cəhətlərini əhatə etsə.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor