RSS
 

Login:
Şifrə:
» » Aşura gününü necə qeyd edək?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Aşura gününü necə qeyd edək?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 23:45 | Şərh sayı: (0) | Baxılıb: 522

Aşura gününü necə qeyd edək?


Aşura gününü necə qeyd edək?


Aşura - hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də "onuncu gün" deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir.

Aşura gününün əməllərinin bəzisi bunlardır. Aşuraya keçən gecə oyaq qalıb ehya saxlamaq tövsiyə edilib. Kimə həmin gecəni Kərbəlada keçirmək qismət olarsa, Imam Hüseynin (ə) məzarı üzərindəki məsciddə ibadət etsə, böyük savaba çatar. Insan bu gecə öz evində və ya öz şəhərindəki məsciddə də oyaq qalsa, savab sahibi olar. Aşura gecəsində çox namaz qılmaq, dua etmək, aşura şəhidlərinin müsibətini yada salmaq, xüsusilə, həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha yalvarmaq yerinə düşər.

Aşura gecəsi qılınması müstəhəb olan namazlar dini kitablarda qeyd olunub. Həmin namazların bir neçə variantını təqdim edirik:
"Aşura gecəsinin müstəhəb namazını qılıram, qürbətən iləllah" niyyəti ilə 4 rükətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 50 dəfə Ixlas (Qül hüvəllah) surəsini oxumaq. Namazdan sonra isə 70 dəfə bu duanı demək: "Sübhanallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vallahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim". Tərcüməsi: "Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan savayı tanrı yoxdur. Allah hər şeydən qüdrətlidir. Qüdrət və qüvvət yalnız uca və əzəmətli Allaha məxsusdur". Namazdan sonra Peyğəmbərə və nəslinə çoxlu salavat demək də tövsiyə edilib. Buna "Həzrət Əlinin namazı" deyirlər.

Aşura gecəsi sübh açılana az qalmış dörd rükətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 10 dəfə ayətül-kürsi, 10 dəfə Ixlas, Fələq və Nas surələri oxumaq, namazı qılıb qurtardıqdan sonra 100 dəfə Ixlas surəsini təkrarlamaq məsləhətdir.

Aşura günündə Imam Hüseynin (ə) ziyarətnaməsini oxumaq tövsiyə edilib. Xüsusilə, "Aşura ziyarətnaməsi"ni oxumağın böyük savabı var. (Bu ziyarətnamənin həcmi böyükdür və dua kitablarına daxil edilib). Həmin gün çoxlu dua etməyin, tövbə və istiğfarı çoxaltmağın faydası var. Gün ərzində min dəfə Ixlas surəsini oxumaq, min dəfə də bu cümləni söyləmək yaxşıdır: "Allahümməl-ən qətələtəl-Hüseyn". Tərcüməsi: "Allahım, Hüseynin qatillərinə lənət et".
Əlbəttə, bütün bu deyilənlər müstəhəbdir, vacib deyil və kim nəyə gücü çatarsa onu edə bilər.

Aşura günündə möminlər yaxşı olar ki, Kərbəla faciəsini bir an da olsa unutmasınlar, kədər içində olsunlar, şadlanmağı özlərinə rəva bilməsinlər. Imam Rza (ə) buyurub: "Hər kim bizim (yəni Əhli-beytin) müsibətlərini yadına salsa və başımıza gələnlərə ağlasa, bütün gözlər ağladığı gün (yəni qiyamət günündə) onun gözü ağlamaz. Hər kim gecə yatmayıb, bizim (yəni Əhli-beytin) məsələləri müzakirə edilən məclisdə otursa, hamının qəlbi öldüyü gün onun qəlbi ölməz". Yenə Imam Rza (ə) Şəbib adlı şəxsə buyurub: "Əgər hər hansı səbəb üzündən ağlamaq istəsən, Hüseynə ağla. Çünki onun başını qurbanlıq quzu kimi kəsdilər. Onunla birlikdə qohumlarından 18 nəfər də şəhid oldu; onların yer üzündə tayı-bərabəri yoxdur". Imam Hüseynin (ə) aşağıdakı sözləri də buna işarədir: "Mən zülmlə qətlə yetirilən şəxsəm. Elə bir mömin olmaz ki, məni xatırlayanda ağlamasın".

Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil. Insan öz evində də bu günü qeyd edə bilər. Amma aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan təziyə məclislərində iştirak etməyin savabı daha böyükdür. Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl Imam Hüseynə (ə) və aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsindən əsas məqsəd insanları ağlatmaq deyil. Ağlamaq da haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır. Unutmayaq ki, Kərbəla faciəsindən sonra Əməvi xəlifələrinin zülmünün ərşə dayandığı günlərdə Əhli-beyt məktəbi məhz Imam Hüseyn (ə) təziyəsinin sayəsində yaşamışdır. Bu məclislərə toplaşıb aşura hadisəsini yad edən, şəhidlərə mərsiyə deyib ağlayan adamlar Imam Hüseynin (ə) hansı məqsədlər uğrunda mübarizə apardığını öyrənir, Onunla düşmənçilik edən qüvvələri tanıyırdılar. Kərbəla səhrasında baş vermiş rəngarəng hadisələrin təsvirini eşidir, şəhidlərin mübarizlik məktəbindən dərs alırdılar. Həzrət Mühəmməd Peyğəmbər (s) öz sağlığında Imam Hüseynin (ə) gələcək şəhadətini dəfələrlə xəbər vermişdi. Bu hədislərin bir qismində Kərbəla faciəsinin sonrakı nəsillərə də böyük ideoloji və əxlaqi təsir göstərəcəyi bildirilir. Hədislərin birində deyilir ki, Peyğəmbər buyurub: "Hüseynin qətli möminlərin qəlbində heç vaxt sönməyəcək bir hərarət yaradar".

Mühərrəmlik mövsümündə məsələnin bu tərəfinə daha çox diqqət yetirmək lazımdır. Mərsiyə və növhə deyib ağlamaq öz yerində, amma moizə və nəsihət vasitəsilə aşura ideyalarını insanlara başa salmaq daha vacibdir. Zənnimizcə, həmin gün dini ocaqlarda məclis keçirməklə məhdudlaşmaqdansa, elm və təhsil ocaqlarında - mədəniyyət sarayları, kitabxanalar, ali təhsil müəssisələri, muzeylər və sairə obyektlərdə də elmi-nəzəri konfranslar təşkil etmək, din xadimləri ilə görüş keçirmək yerinə düşərdi. Kütləvi informasiya vasitələrinin, televiziya və radionun, qəzet və jurnalların, internet saytlarının öhdəsinə daha böyük məsuliyyət düşür. Lakin çox təəssüf ki, bu gün nəinki dünyəvi məkanlarda bu cür tədbirlər keçirilmir, hətta dini ocaqlardakı proqramlar da bəzən qənaətbəxş olmur. Bəzi mollalar öz vəzifələrini yalnız yanıqlı səslə mərsiyə deyib camaatı ağlatmaqda görürlər ki, bu da onların dünyagörüşünün darlığından irəli gəlir. Hətta bəzi üzdəniraq "din xadimləri" aşura günü camaatın çoxluğunu, insanlara hakim olan emosional abü-havanı qənimət bilir və bundan pul qazanmaq vasitəsi kimi istifadə edirlər. Aşura günündə nəzir qutularının başqa günlərdəkinə nisbətən daha çox gözə soxulması, məscidlərdə "minbər üçün" pul yığılması, küçələrdə dilənərək "nəzir" istəyən adamların sayıınn onqat artması da buna sübutdur.

Əlbəttə, biz aşura günü təziyə məclisləri keçirilməsinin və bu məclislərdə Əhli-beyti sevənlərin ağlamasının əleyhinə deyilik. Bunun savabı barədə hədis və rəvayətlərin etibarlılıq dərəcəsi onlara qarşı hər hansı şəkildə etiraz etmək ehtimalını sıfıra endirir. Amma aşura şəhidlərinə yas saxlayan zaman bəzi dini və etik normaları diqqət mərkəzində tutmağı lazım sayırıq. Əhli-beytin başına gələn hadisələri təhrif edən, Imam Hüseynin (ə) mübariz simasını zəlil və aciz formada təqdim edən, olmayan hadisələri al-əlvan boyalarla göstərməyə çalışan moizələr söyləmək, bu cür mərsiyə və növhələr oxumaq din xadiminə yaraşan hərəkət deyil. Bu cür əhval-ruhiyyənin hökm sürdüyü məclislərdə iştirak etmək də heç kimə nə savab, nə şərəf gətirər.

Aşura faciəsinin həqiqi təsvirini verən, bu hadisənin mahiyyətini düzgün formada çatdıran, Əhli-beyt şəhidlərinin və əsirlərin müsibətini təhrifsiz canlandıran mərsiyələrə qulaq asmaq, öz səsi ilə buna dəstək vermək, habelə, sağlamlığa ziyan verməmək şərti ilə sinə və zəncir vurmaq heç də bəzi Əhli-beyt düşmənlərinin iddia etdikləri kimi günah deyil. Əksinə, bunun böyük savabı var. Hədislərdə səmimi niyyətlə Imam Hüseyn (ə) müsibətinə ağlayan və hətta gözündən bir damcı yaş axıdan şəxsin Allah tərəfindən hədsiz mükafatlara layiq görüləcəyi, axirətdə uca məqama sahib olacağı haqqında xeyli hədislər vardır. Əlbəttə, bu o demək deyil ki, bir il halal-harama əhəmiyyət vermədən yaşayan, günah içində batan adam aşura günündə məscidə gedib sinə vurmaqla, mərsiyə deməklə, ağlamaqla bir illik bütün günahlarını yuyacaq və cənnətin ən uca mərtəbəsində yer alacaq. Imam Hüseynə (ə) ağlamağa o adamın haqqı çatar ki, Onun qurban getdiyi ideyaları tanısın, bunlara ehtiramla yanaşsın, günahdan çəkinsin. Əks halda, özü Yezid kimi yaşayıb, camaatın gözündə yaxşı görünmək üçün, ya da cəhənnəmə düşməmək xatirinə əzadarlıq etməyin nə faydası var? Allah bu cür əzadarlığı qəbul edərmi və ona savab yazarmı?

Oxuculara tövsiyə edirik ki, aşura günündə (ümumiyyətlə, mühərrəmlik mövsümündə) Kərbəla faciəsini, Imam Hüseynin (ə) həyatını təsvir edən dini kitablar oxusunlar. Mühərrəmlik günlərində öz evində təziyə məclisləri təşkil etməyin, başqalarına aşura faciəsi haqqında danışmağın, onları bu mövzuda kitab oxumağa və filmlərə baxmağa həvəsləndirməyin böyük savabı var. Şübhəsiz, bütün əlamətdar günlər kimi aşura günündə də ehsan məclisləri təşkil etmək, ehtiyaclı adamlara maddi yardım göstərmək Allah yanında çox bəyənilən əməllərdəndir.

Aşuranın hörmətini gözləməyən, şadlıq edib sevinən, şən musiqilərə qulaq asmaq adətindən əl çəkməyən, bununla da dindarların hissləri ilə oynayan adamlarla rəftarda çalışaq ki, müsəlman əxlaqını unutmayaq. Yaxşı olar ki, qeyri-radikal vasitələrlə, nəsihətlə onları başa salaq və bu işin günah olduğunu anlamalarına şərait yaradaq. Bu cür insanlar cəmiyyətin qınaq obyekti olduqlarını hiss etsələr, yəqin ki islah olarlar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor