Əsəd etiraf etdi: "Kürd döyüşçülərə silah göndəririk" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 18:49 | Şərh sayı: (0) | Baxılıb: 254
Əsəd etiraf etdi: "Kürd döyüşçülərə silah göndəririk"
Suriya prezidenti Bəşər Əsəd ölkədəki kürd döyüşçülərə silah göndərdiklərini açıqlayıb.
APA-nın xəbərinə görə, "Sunday Times"a açıqlama verən Bəşərə Əsəd bildirib ki, kürd silahlı birləşmələrinə (PYD) İŞİD terrorçuları ilə döyüşmək üçün silah yardımı edilib: "Kürdlər də Suriya vətəndaşlarıdır və onlar terrorçularla mübarizə aparmaq istəyirlər".
Bəşər Əsəd koalisiya qüvvələrinin Suriyada keçiridiyi hərbi hava əməliyyatlarından da danışıb. O, bu əməliyyatların İŞİD-lə mübarizədə yetərsiz qalacağını vurğulayıb: "Terror xərçəng xəstəliyinə bənzəyir. Onun kökünü kəsmək üçün özəyini yox etmək lazımdır. Kiçik bir hissəni kəsib atmaqla problem həll olunmaz".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər