ABŞ yaxasını kənara çəkdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 14:59 | Şərh sayı: (0) | Baxılıb: 210
ABŞ yaxasını kənara çəkdi
Bağdad və Ankara Türkiyə ordusunun İraqın şimalında yerləşdirilməsi məsələsini özləri həll etməlidir.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"Bizim inanırıq ki, bu məsələdə ən yaxşı yol - Türkiyə və İraqın qarşılıqlı şəkildə birgə çalışmasıdır. Onların arasında artıq diskussiyalar keçirilir", deyə Kirbi Rusiyanın bu məsələni BMT TŞ-nın müzakirəsinə çıxarmaq təşəbbüsünə şərh verərkən bildirib.
"Bu problem Türkiyə və İraq arasındadır, onlar bunu nizamlamalıdırlar. Müdafiə nazirləri səviyyəsində danışıqların keçirilməsindən məmnunuq. Biz istərdik bu danışıqlar davam etdirilsin", deyə o əlavə edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər