Ərdoğan: ""Türk axını" layihəsini Rusiya dayandırmayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 20:15 | Şərh sayı: (0) | Baxılıb: 284
Ərdoğan: ""Türk axını" layihəsini Rusiya dayandırmayıb"
"Rusiyadan təbii qaz ixracı, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi layihəsi ilə bağlı hələlik bir problem yoxdur. Tələblərimizə cavab vermədiyi üçün "Türk axını" təbii qaz layihəsini biz dayandırmışıq".
Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türkiyə İnnovasiya həftəsi"nin bağlanış mərasimindəki çıxışında bildirib.
"Rusiyadan təbii qaz ixracı, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi layihəsi ilə bağlı hələlik problem yoxdur. İctimaiyyət arasında "Türk axını" layihəsinin Rusiya tərəfindən dayandırılması haqda xəbər yayılıb. Dəyərli qardaşlarım, bu sayaq yanlış, yalan xəbərlərə inanmayın. Yayılan belə xəbərlərin tam əksinə, tələblərimizə cavab vermədiyi üçün "Türk axını" layihəsini biz dayandırmışıq.
Bütün bunlara baxmayaraq, biz Rusiya ilə mövcud gərginliyin diplomatik yolla həllinin tərəfdarıyıq və bu məsələnin həllində səbrliyik", - o, vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını" təbii qaz kəmərinin tikintisi layihəsini dayandırdıqlarını bildirmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər