Fransadakı terrordan sonra Antalyada... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 13:50 | Şərh sayı: (0) | Baxılıb: 320
Fransadakı terrordan sonra Antalyada...
Fransadakı dəhşətli terror hadisələri G20 Antalya Samitinin də gündəmini dəyişib.
Bu gün G20 çərçivəsində təşkil edilən bütün panellər məhz Fransadakı terror hadisəsinin müzakirəsi ilə başlayıb.
Milli.Az xəbər verir ki, bunu Türkiyədə G20-nin Sammitində iştirak edən iqtisadçı-ekspert Vüqar Bayramov Parisdə törədilən silsilə terror aktları ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Fransa Prezidentinin G20 Samitinə qatılmaması Liderlər Sammiti üçün arzuolunmaz olmaqla yanaşı, sabah təşkil ediləcək qlobal müzakirələrin ana xəttinin məhz terrora qarşı mübarizənin gücləndirilməsi olacağı aydınlaşıb: "Gözlənilir ki, dünya liderləri Fransada baş verən terror hadisəsi daxil olmaqla qlobal terrorizmə qarşı mübarizəninin genişləndirilməsi metodlarını önə çəkəcəklər. Təbii ki, samitdə digər qlobal məsələlər, o cümlədən qlobal iqtisadi durğunluq ilə bağlı problemlər də diqqətdən kənarda qalmayacaq".
V.Bayramov qeyd edib ki, bununla yanaşı, Antalya Sammitində nəzərdə tutulan bütün tədbirlər davam etməkdədir, lakin Fransadakı terrordan sonra Antalyada, xüsusən Bələk bölgəsində təhlükəsizlik tədbirlərin gücləndirilməsi müşahidə edilir: "Hava səmasında helikopterlərin ucuşları davam edir. Dünyanın digər liderlərinin samitdə iştirakı ilə bağlı isə hər hansı dəyişikliyin olacağı gözlənilmir. Bu gün bütün liderlərin Bələk bölgəsinə gələcəyi bildirilir. Bu gün işini tamamlayacaq "Beyin 20" sabahdan müzakirələri artıq dünya liderlərinə təslim edəcək".
Qeyd edək ki, Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. Hadisələr nəticəsində 150 nəfərdən çox insan ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər