"Suriyadan başqa heç bir ölkə İŞİD-dən neft almır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 20:18 | Şərh sayı: (0) | Baxılıb: 224
"Suriyadan başqa heç bir ölkə İŞİD-dən neft almır"
Ixlas.Az Musavat.com-a istinadən bildirir ki, bu barədə Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun mütəxəssisi Zübeyir İqbal Rusiyanın ortaya atdığı "Türkiyə İŞİD-dən neft alır" iddiaları ilə bağlı açıqlama verib.
Rusiyanın ortaya atdığı iddiaların sübuta yetirilmədiyini və bu tipli bir çox təsdiqlənməmiş dedi-qodunun olduğunu vurğulayan mütəxəssis: "Suriya rejmindən başqa heç bir ölkənin təşkilatı və ya rəsmi qurumu İŞİD-dən neft almır", - deyə bildirib.
Zübeyir İqbal qaçaqmalçıların neft məhsullarının sərhəddən kənara daşınması ilə bağlı problemin yeni bir hal olmadığını vurğulayıb: "Neft məhsulları illərdir İraq və İran kimi ölkələrdən qaçaqmalçılıq yolu ilə çıxarılır".
Brüsseldəki Avropa Siyasi Mərkəzinin mütəxəssisi Marko Giuli isə neft qaçaqmalçılığından qazanılan pulun İŞİD-in ən önəmli gəlir mənbələrindən biri olduğunu söyləyib.
M. Giuli bildirib ki, neft qaçaqmalçılığı kiçik çevrədə yerli qaçaqçılar tərəfindən həyata keçirilir və sərhədlərin normal şəkildə qorunmasını təmin etməklə bunun qarşısını almaq olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər