Avtovağzal Kompleksində baş vermiş sürüşmənin əsl səbəbi bilindi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 18:08 | Şərh sayı: (0) | Baxılıb: 303
Avtovağzal Kompleksində baş vermiş sürüşmənin əsl səbəbi bilindi
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmə ərazidə yerləşən xırda dağ yamaclarındakı qazonların gündəlik sulanmasından yaranıb.
Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişli bildirib ki, sürüşmədən təlaşa düşmək lazım deyil: "Sözügedən ərazidə sürüşmənin qarşısını almaq üçün yaxın müddətdə bərkidilmə işləri aparılacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığındakı ərazidə baş vermiş sürüşmənin qorxusu yoxdur".
Qurumun baş direktoru Bayıl yamacında sürüşmə təhlükəsinə də toxunub: "Orada sürüşmə ilə bağlı narahatlıq artıq yoxdur. Çünki axırıncı dəfə həmin ərazidə sürüşmə olanda təxirəsalınmaz xeyli işlər görülüb".
Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər