KİV: Ərdoğanla Putini İlham Əliyev barışdıra bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 20:23 | Şərh sayı: (0) | Baxılıb: 295
KİV: Ərdoğanla Putini İlham Əliyev barışdıra bilər
Bakı Moskva ilə Ankara arasında danışıqlarda vasitəçi ola bilər.
İxlas.az publika.az-a istinadla xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfərini belə şərh edib.
Məqalədə qeyd olunur ki, Əhməd Davudoğlu Azərbaycan rəhbərliyi ilə ikitərəfli və regional əməkdaşlıq məsələsini, Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edib: “Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşmasından sonra bu, Davudoğlunun Azərbaycana ilk rəsmi səfəri idi. Əvvəlki səfərlərdən fərqli olaraq, bu dəfə Azərbaycanda, eyni zamanda ölkənin hüdudlarından xaricdə bir çox dramatik hadisələr müşahidə olunur. Həmçinin Su-24 təyyarəsinin vurulmasından sonra Ankara-Moskva münasibətləri gərgin mərhələyə keçib”.
Bu səfəri Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpasında sona qədər yanında olacağına dair yeni mesajı kimi qiymətləndirən nəşr daha çox Azərbaycanın Rusiya və Türkiyə arasında münasibətlərin yoluna qoyulmasında vasitəçi ola biləcəyinə diqqət çəkir.
“Azərbaycan, Qazaxıstan və Belarus rəhbərləri Rusiya-Türkiyə münasibətlərini normallaşması üçün vasitəçi ola biləcəklərini bəyan ediblər. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Bakıda görüşəndə Moskva və Ankara arasında münasibətlərin pisləşməsindən narahat olduqlarını bildirdi. İlham Əliyev qeyd etdi ki, iki ölkə arasındakı münasibətlərin normallaşması üçün səy göstərməyə hazırdır. Eyni fikri Minskdə görüş zamanı İlham Əliyevlə Aleksandr Lukaşenko birgə səsləndirmişdilər. Ümumi mənzərə göstərir ki, Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsi post-sovet ölkələrinin maraqlarına uyğun deyil. Buna görə də hər kəs bu iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün əlindən gələni etməyə hazırdır”, - deyə nəşr yazıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər