Rusiya "A321" təyyarəsini partladan qruplaşmanın adını açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 11:16 | Şərh sayı: (0) | Baxılıb: 241
Rusiya "A321" təyyarəsini partladan qruplaşmanın adını açıqladı
Rusiyanın "A321" sərnişin təyyarəsini Misirin Sinay yarımadasında fəaliyyət göstərən "Vilayət-Sinay" terror qruplaşması partladıb.
"Report" xəbər verir ki, bunu Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə noyabrın 24-də Qahirədə keçirilən görüş zamanı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu açıqlayıb.
"Terrorun Misirin nə dərəcədə kəskin problemi olduğunu yaxşı bilirik. Sinay yarımadasında əli yüzlərlə günahsız insanın, o cümlədən aviaqəzada bizim həmvətənlərimizin qanına batan və İŞİD-in filialı olan "Vilayət-Sinay"ın artıq bir ildir ki, fəaliyyət göstərməyi həyəcan doğurur. Biz bu bəla ilə mübarizədə sıx işləməyə hazırıq", - deyə o bildirib.
Xatırladaq ki, Sinayda baş verən aviaqəza zamanı 224 nəfər həyatını itirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər