Qara qutu: "Pilotların texniki problemlər barədə danışıqları olmayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-11-2015, 17:21 | Şərh sayı: (0) | Baxılıb: 278
Qara qutu: "Pilotların texniki problemlər barədə danışıqları olmayıb"
Rusiyanın "Koqalımavia" aviaşirkətinə məxsus Airbus A321 təyyarəsinin qara qutusunun oxunması zamanı pilotların təyyarədə texniki problemlərlə bağlı danışıqlarının olmadığı üzə çıxıb.
APA-nın RIA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə istintaqa yaxın olan mənbədən "Wall Street Journal"-a bildirilib.
Daha əvvəl pilotların təyyarədə fövqəladə hal baş verməsi barədə məlumatlı olmaları və problemi həll etməyə çalışdıqları barədə KİV-də məlumatlar yayılmışdı. Məlumatlarda bildirilirdi ki, ekipaj üzvlərinin hadisəyə müdaxilə etməyə vaxtları qalmayıb.
Xatırladaq ki, Rusiya aviasiyası tarixində ən iri təyyarə qəzası ötən həftənin şənbə günü baş verib.
Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Koqalımavia aviaşirkətinə məxsus təyyarə Misirin Sinay yarımadasında qəzaya uğrayıb.
Qəza nəticəsində 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər