Güneydəki hadisələr və "dindarlar"ın mövqeyi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-11-2015, 17:06 | Şərh sayı: (0) | Baxılıb: 272
Güneydəki hadisələr və "dindarlar"ın mövqeyi
Son günlərdə Güney Azərbaycanda İranın İRİB TV-2 televiziyasında yayımlanan uşaq proqramında türkləri təhqir edən ifadələrin səsləndirilməsi və etnik ayrı-seçkiliyə yol verməsi səbəbindən verilişə etiraz olaraq bir neçə şəhərdə nümayişlər keçirilib. Təbriz, Xoy, Marağa, Zəncan, Ərdəbil və Tehran şəhərlərində keçirilən etiraz aksiyalarında onlarla güneyli soydaşımız həbs olunub.
Ölkəmizdə özlərini "dindar kəsim", "inanclı təbəqə" adlandıran, hər dəfə müsəlman birliyindən, vəhdətdən, müsəlman həmrəyliyindən danışan insanlar nədənsə bu hadisələrə biganə yanaşır, baş verənləri görməzlikdən gəlir və heç bir münasibət bildirmirlər. Ana dilində təhsil almaq hüququndan məhrum edilən, incidilən, əzilən soydaşlarımızın haqlı mübarizələrinə dəstək olmaq məqsədilə bir dəfə də olsun etiraz bəyanatı ilə çıxış etməyiblər. Halbuki, Güneydə yaşayan milyonlarla Azərbaycan türkü bizim soydaşlarımız, qan qardaşlarımızdır.
Maraqlıdır, özünü hər zaman "Həzrəti Hüseyn məktəbinin davamçısı", "haqsızlığa qarşı mübariz" kimi təqdim edən taleh bağırzadələrin, elçin qasımovların və digərlərinin 40 milyonluq bir topluma qarşı yol verilmiş haqsızlığa heç bir etirazını bildirməməsi hansı "haqpərəstlik"dən xəbər verir? Axı bir millətin heysiyyəti bir yürüşdən daha ciddi bir məsələdir. Axı bağırzadələr və qasımovlar da o millətin danışdığı dilin, həmin milli kimliyin daşıyıcısıdırlar. "Hərəkat"larına və qeyri-qanuni hərəkətlərinə "fikirdə və düşüncədə ümmətçilik" şüarını seçən bağırzadələr bəlkə unudublar ki, təhqir olunanlar həm də şiə-cəfəri məzhəbinin daşıyıcısı olan müsəlmanlardır. Təkcə daşıyıcısı yox, həm də bu məzhəbin rəsmiləşməsində, yayılmasında tarixən fövqəladə dərəcədə böyük rol oynamış qızılbaş türkləri olan - azərbaycanlılardır.
Yoxsa bunun üçün də hansısa "ağa"lardan fətvaların gəlməsi lazımdır?! Yoxsa, onlar maliyyə mənbələrinin kəsiləcəklərindən qorxurlar?!
Radikal dindar kəsimin çox zaman insanları təsir altına salmaq üçün istifadə etdiyi bir şüar var: Haqsızlıq qarşısında susmaq dilsiz şeytanlıqdır. Fikrimizi sual cümləsi ilə bitirməyə məcburuq: Siz haqsızlıq qarşısında niyə susursunuz?
Pünhan
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər