Cəmil Həsənli və Əli Kərimli Tale Bağırzadəyə qarşı təzyiqləri pislədi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-09-2015, 12:41 | Şərh sayı: (0) | Baxılıb: 400
Cəmil Həsənli və Əli Kərimli Tale Bağırzadəyə qarşı təzyiqləri pislədi
Məsələ ilə bağlı AXCP-nin sədri Əli Kərimli AzadXeber.az-a açıqlamasında Tale Bağırzadəyə qarşı qeyri-qanuni təzyiqlərin dayandırılmasını tələb etdiyini deyib: “Tale Bağırzadə Azərbaycanın çox hörmətli, bizim də hörmətlə yanaşdığımız imanlı, tanınmış din xadimlərindəndir. İnanclıların böyük bir hissəsinin rəğbətlə yanaşdığı bir şəxsdir. Onun həbsdə yatması da quraşdırılmış bir cinayət işi ilə əlaqədar olub və Tale Bağırzadə o zaman da böhtana düşüb. Həbsdə olarkən də Azərbaycan ictimaiyyəti zaman-zaman məlumatlar alırdı ki, hacı Taleyə qarşı həbsdə də, cəzaçəkmə müəssisəsində də qeyri-qanuni münasibətə yol verilir. Həbsdən azad olunmasından sonra isə baş verənlər onu göstərir ki, hacı Taleyə qarşı Azərbaycan hakimiyyətinin qərəzli münasibəti davam edir. Onun həm MTN-ə dəvət olunması, həm cümə namazından əli silahlı adamlar tərəfindən aparılması ilk növbədə hacıya qarşı psixoloji təzyiqdir. Onun fəaliyyətindən hakimiyyətin narahat olmasının etirafıdır. Bunlar qeyri-qanunidir. İnsanların həm etiqad azadlığına, həm siyasi fəaliyyətinə Azərbaycan Konstitusiyası təminat verir. İndi 21-ci əsrdir. Azərbaycan dövlətinin həm xalqı qarşısında, həm də dünya qarşısında öhdəlikləri var ki, o sivil olacaq, müxtəlif fikirliliyə, insanların öz etiqadlarını yaymasına, siyasi müxalifətçiliyə dözümlü yanaşacaq. Bu səbəbdən mən bu baş verənləri pisləyirəm, qərəzli, qeyri-qanuni hərəkətlər kimi qiymətləndirirəm”. Milli Şuranın sədri Cəmil Həsənli də AzadXeber.az-a ilahiyyatçı Tale Bağırzadəyə edilən təzyiqlərə münasibət bildirib: “İnsan hüquqlarından biri də insanlarla görüşmək, azad təbliğat aparmaq və fikrini ifadə etməkdir. Fikrin ifadəsi üstündə insanlara maneçilik törətmək birbaşa konstitusiya pozuntusudur. Mən Tale Bağırzadəni çox savadlı, ağıllı, imanlı və ədalətli bir din adamı kimi tanıyıram. Hesab edirəm ki, onun saxlanılması polis tərəfindən ona maneçilik törədilməsi doğru bir iş deyil”.
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər