"Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-10-2015, 11:28 | Şərh sayı: (0) | Baxılıb: 312
"Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır"
ABŞ-ın tanınmış siyasi eksperti hesab edir ki, Ermənistana işğalçı siyasətinə görə Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməlidirlər.
ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys dailykarabakh-a açıqlamasında deyib ki, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini təmin etməkdə öz töhfəsini verməlidirlər: "Ermənistana siyasi təzyiq göstərmək və bu ölkənin işğalçı qoşunlarının Azərbaycanın suveren ərazilərindən çıxarılması üçün Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməli və öz səfirlərini İrəvandan geri çağırmalıdırlar".
Amerikalı ekspertin fikrincə, Suriyadakı vətəndaş müharibəsi Rusiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən yayındırır və bu proses davam edə bilər.
Diplomatın sözlərinə görə, Azərbaycan üçün ən mühüm məsələ dünya ictimaiyyətini Ermənistan kimi işğalçı bir dövlətin beynəlxalq qanunlara məhəl qoymadan 30 ilə yaxın bir müddətdə Azərbaycanın günahsız vətəndaşlarını öldürməkdən zövq aldığına inandırmaqdır.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər