Ekspertlər: devalvasiya qaçılmazdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 22:57 | Şərh sayı: (0) | Baxılıb: 439
Ekspertlər: devalvasiya qaçılmazdır
Azərbaycanda növbəti devalvasiya qaçılmazdır və biz buna məhkumuq.
Milli.Az sputnik-ə istinadən bildirir ki, bunu iqtisadçi ekspert Samir Əliyev respublikada gözlənilən növbəti devalvasiya ilə bağlı vəziyyətə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, devalvasiya qaçılmazdır. Ancaq bu zamanla bağlı olan məslədir."Çünki indiki iqtisadi şəraitdə Azərbaycanın digər çıxış yolu yoxdur. Demirəm ki, devalvasiya yaxşıdır və ya bu lazımdır. Sadəcə yaranmış vəziyyət bunu tələb edir və Azərbaycan manatın devalvasiyasına getməyə məhkumdur. Əvvəla Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub və ölkənin valyuta ehtiyatı neftin qiymətindən asılıdır. Digər amil isə ölkədən kapital axını ilə bağlıdır", - deyə ekspert vurğulayıb.
Ekspert bildirib ki, Mərkəzi Bank milli valyutanın sabitliyini qorumaq üçün cari ilin 9 ayında öz valyuta ehtiyatının 50%-dən çoxunu xərcləyib: "Baxmayaraq ki, avqustdan fərqli olaraq sentyabrda manatın məzənnəsində elə də ciddi "panika" yox idi, Mərkəzi Bank manatın məzənnəsinin sabitlyini saxlamaq üçün 270 milyon dollar öz ehtiyatından xərcləyib. Nə qədər ki, Azərbaycan iqtisadiyyatında neftdən asılılıq aradan qalxmayıb, qeyri-neft sektoru inkişaf etməyib, ölkədən kapital axınının qarşısı alınmayıb, devalvasiya təhlükəsi qalmaqda davam edəcək. "
Ekspertin fikrincə, vəziyyətən çıxış yolu kimi ixrac stimullaşdırılmalıdır. "Əgər hökumət vəziyyətdən optimal təcili çıxış yolu tapmayacaqsa bu sərt devalvasiya ehtimalını artırır. Sərt devalvasiyanın isə mənfi cəhətləri daha çoxdur. Sərt devalvasiya bank sektoruna, sosial sahəyə, qiymətlərin artmasına və sair sahələrə ciddi təsir göstərəcək. Ona görə də təklif edərdim ki, hökumtə "yumşaq" devalvasiyaya getsin. Bununla həm iqtisadiyyat iqtisadi proseslərə adaptasiya olunacaq, həm də digər xoşagəlməz proseslərdən qaçılacaq. Artıq devalvasiyanın seçilmə metodu hökumətin siyasətindən asılıdır", - deyə o bildirib.
İqtisadçı alim Azər Mehtiyev də devalvasiyanın qaçılmaz olduğu qənaətindədir. "Bu hökumətin qərarından asılıdır. Çünki bu gün ölkənin indiki şəraitdə gəliri neftdən asılıdır və neftin qiymətinin aşağı olması da valyuta ehtiyatını artırmağa imkan vermir. Nəinki valyuta ehtiyatını artırmağa imkan vermir, Neft fondu da öz ehtiyatlarını artırmaq gücündə deyil. Ona görə ki, Fondun öz resursları tükənməkdədir, daxil olan vəsaitlər xərclənir", - deyə ekspert vurğulayıb.
Ekspert onu da əlavə edib ki, ölkəyə əlavə valyuta ehtiyatı ixracatdan ola bilər, o da yoxdur: "Ona görə də, yaranmış vəziyyət devalvasiyaı qaçılmaz edir. Bütün hallarda manatın məzənnəsini saxlamaq çətin olacaq."
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov yerli telekanallardan birinə msahibəsində devalvasiyanı istisna etməyərək bildirib ki,bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox faktorlardan asılıdır - ilk növbədə tədiyyə balansının vəziyyətindən: "Bizim əsas ixrac məhsulumuz və müvafiq olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır. Lakin hal-hazırda biz hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və hesab edirəm ki, manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq."
Nazir "yumşaq" və ya sərt devalvasiyanın seşilməsinə gəldikdə isə deyib ki, bu gün bu məsələyə cavab vermək bir az tez olar. "Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq."
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər