Nəfsi-əmmarə nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 22-04-2017, 11:33 | Şərh sayı: (0) | Baxılıb: 389
Nəfsi-əmmarə nədir?
Sual: Nəfsi-əmmarə nədir?
Cavab: İslam əxlaqına dair mənbələrdə və təsəvvüf kitablarında qeyd edilir ki, nəfsin yeddi mərtəbəsi vardır. Haqq yolçusunun nəfsi kamilləşdikcə bu mərtəbələri bir-bir keçir və son mərtəbəyə yetişir. Bu mərtəbələrdən birincisi nəfsi-əmmarədir. “Nəfsi-əmmarə” sözü ərəb dilindən tərcümədə “əmr edən nəfs” mənasını verir. O, bədəni maddi dünyaya meyl etdirir, ondakı ləzzət və şəhvət istəklərini alovlandırır. Nəfsi-əmmarə şər yuvası, pis əxlaqın və davranışın mənbəyidir. Quran ayələrinin birində nəfsin bu mərtəbəsinə işarə edilir: “Mən özümü təmizə çıxarmiram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər...” (Yusuf, 53).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər