RSS
 

Login:
Şifrə:
» » Nəfsani qüvvələrin tarazlaşdırılması

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Nəfsani qüvvələrin tarazlaşdırılması

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-05-2016, 19:26 | Şərh sayı: (0) | Baxılıb: 299

Nəfsani qüvvələrin tarazlaşdırılması


Nəfsani qüvvələrin tarazlaşdırılmasıƏgər bu qüvvələr daim nəzarət altında olub islah edilməzsə, onlar qorxulu və zərərli olacaqdır. Nümunə üçün buna bir neçə misal gətirək:
1. Şəhvət (cinsi qüvvə)
Bu coşğun, ipə-sapa yatmayan qüvvənin insan vücudunda, xüsusən bütün qüvvələrin böhran dövrü hesab olunan gənclik çağında qaynarlığı inkarolunmazdır. Ram olmayan həvəslər, heyvani qüvvələr onu şəhvət və fəlakətə doğru sürükləyir. Əgər insan əql və iman gücü ilə özünü islah edib, viranedici nəfsani qüvvələrin ram olunması qüdrətinə malik olmasa, mənəvi cəhətdən heyvandan da aşağı təbəqədə qərar tutar, çünki insan Allahın başqa məxluqları (mələklər və heyvanlar) kimi deyil. Bu xüsusda əmirəlmöminin Əli(ə) buyurur: "Allah-təala mələklərə yalnız əql verdi, şəhvət və qəzəb yox, lakin insana bunların hamısını əta etməklə şərəfləndirdi. Ona görə də əgər şəhvət və qəzəb əqlə tabe olarsa, insan mələklərdən üstün olar, çünki o, vücudundakı heyvani hisslərə qalib gələrək bu dərəcəyə (mələk dərəcəsinə) yetişmişdir”.9 Əksinə, şəhvət və qəzəb onun əqlinə üstün gələrsə, insan heyvandan da aşağı olar.
2. Mal-dövlət toplamaq
Nəzarət altına alınmalı qüvvələrdən biri də dövlətpərəstlik və sərvət toplamaqdır. "Qurani-Kərim”də və nəql olunan rəvayətlərdə mal-dövlətin adı yaxşılığa çəkilmişdir. İnsanın da təbii olaraq mal-dövlətə həvəsi vardır, lakin bu həvəs müəyyən bir həddə kimi lazımdır. Belə ki, əgər insan həddindən artıq var-dövlət, sərvət toplamaq fikrinə düşərsə, böyük ziyan çəkməyəcəyinə heç kim zəmanət verə bilməz. Biz burada var-dövlətin həm mənfi, həm də müsbət cəhətinə toxunmaq istəyirik:
a) Müsbət cəhət
"Qurani-Kərim”də bir çox ayələrdə maddi zənginlik xeyrə təbir edilir. Nümunə üçün onlardan bir neçəsini qeyd edirik:
"Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz xeyirdən (maldan) valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərti ilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir”. («Bəqərə» 179)
Əllamə Təbatəbai(r.ə) yazır: "Xeyir” sözündən məqsəd var-dövlətdir”10 O, «Adiyat» surəsinin 8-ci ayəsinin ("onun xeyrə çox həvəsi vardır”) təfsirində yazır: "Xeyirdən məqsəd var-dövlətdir.” Başqa bir yerdə Allah-təala var-dövləti dünyanın bəzəyi kimi qiymətləndirir: "Mal-dövlət, oğul-uşaq bu dünyanın bəzəyidir.” («Kəhf»-46)
Digər ayədə isə sərvət həyatın sütunu adlandırılır və buyurulur:
"Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin”. («Nisa»-5)
Qısa desək, əgər var-dövlət şəriətə görə halal yolla qazanılıb, insanlara xidmət etmək məqsədilə xərclənərsə, İslam nəzərində qiymətli və dəyərlidir.
b) Var-dövlətin mənfi cəhəti
Digər tərəfdən "Qurani-Kərim”də var-dövlət Allahın yaddan çıxarılmasına səbəb olan bir amil kimi tanıtdırılaraq buyurulur:
"Ey iman gətirənlər! Nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Allah zikrindən yayındırmasın!...” («Münafiqun»-9)
Tanrı başqa bir yerdə isə dövlət yığanları və Allah yolunda xərcləməyənləri bu işdən çəkindirir. Onların yığdıqları malı isə qiyamətdə əzaba düçar olma səbəbi kimi anladaraq buyurur:
"Ey iman gətirənlər! (yəhudi) Alimlərindən və (xaçpərəst) rəhbərlərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ey Mühəmməd!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla mücdələ!
O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşlərində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara) "bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” (deyiləcəkdir) («Tövbə»-34, 35)
Başqa bir ayədə buyurulur:
"Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul uşağınızdır...” («Səba»-37)
Bu ayədə də var-dövlətə qarşı hərislik pislənilir:
"Həqiqətən, mal-dövlətiniz və oğul uşağınız (sizin üçün) ancaq bir sınaq vasitəsidir”. («Təğabun»-15)
Yenə də buyurulur:
"O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” («Şüəra»-88, 89)
Rəvayətlərdə də var-dövlət məzəmmət olunmuşdur, belə ki həzrəti-Əli(ə) buyurur: "Var-dövlət bütün ehtiraslara, şəhvətlərə səbəbdir”.11 Başqa bir yerdə o Cənab buyurmuşdur: "Var-dövlət əziyyətverici və narahatlıqlar üçün bir vasitədir”.
Həzrəti-Əli(ə)-nin sərvət hərisliyi barədə söylədiklərindən biri də budur: " Var-dövlət sahibi üçün başabəladır. Qabaqcadan özü üçün göndərdiyindən başqa. (Yəni onu xeyir işə sərf etmiş olarsa, xeyir görər.)
"Var-dövlət insanın aqibətini pis və arzularını sonsuz edir.”
3. Uzun-uzadı arzular
a) Arzunun müsbət cəhəti.
Arzu insan həyatında mühüm rol oynayır. İnsanı yaşamağa sövq edən, daim irəliləməyə, dayanmamağa, mübarizəyə səsləyən arzudur. Peyğəmbər(s) arzunu rəhmət kimi qiymətləndirmişdir: "Arzu mənim ümmətim üçün rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi, heç bir bağban bir ağac belə əkməzdi.”
b) Arzunun mənfi cəhəti
Bəzi rəvayətlərdə arzunu bəşərin düşməni, onun məhvinin, qəlbinin qaralmasının və ölməsinin səbəbi kimi qiymətləndirmişlər. Bu hədislərin bir qismində arzu ilğıma oxşadılmışdır. Əmirəlmöminin Əli(ə) buyurur:
"Arzu ilğım kimi aldadan və həqiqət olmayan şeydir”.
Əgər arzu və istəklər normal həddi aşaraq nəfsani qüvvələr insana qalib gələrsə, əmirəlmöminin Əli(ə)-nin təbiri ilə desək, insan öz şəhvətinin qulağı sırğalı qulu olar:
"Şəhvət əsiri bu əsarətdən heç vaxt xilas ola bilməyəcək bir əsirdir”.
Bu cür əsirlik Əli(ə)-nin nəzərində ən pis və ən alçaq əsirlikdir. O Həzrət buyurur: "Şəhvət əsiri pulla alınmış kölədən də alçaqdır”
Şəhvət əsiri olmaq imanla bir yerə sığmır. Peyğəmbər(s) buyurur:”Bir kəs nə qədər ki öz istək və arzularını mən gətirdiyimə («Quran» və sünnəyə) tabe etməyib, iman gətirməmişdir”. Başqa bir yerdə o Həzrət buyurmuşdur: "Ümmətim üçün daha çox üç şeydən qorxuram (nigaranam): zalımcasına qəzavətdən, alimin çaşqınlığından, şəhvətə əsir olmaqdan”.
Əmirəlmöminin Əli(ə) buyurur: "Ey insanlar! Sizin üçün daha çox iki şeydən qorxuram: şəhvətə əsir olmaqdan və uzun-uzadı arzulardan. Çünki şəhvət əsiri olmaq insanı haqq yoldan sapındırır, uzun-uzadı arzular isə axirəti yaddan çıxarır”.
Başqa bir hədisdə həzrəti-Əli(ə) buyurur: "Bütün fitnələrin mənbəyi şəhvətə aludəçilik və qondarma qayda-qanunlara tabe olmaqdır.”

Adını hallandırdığımız qüvvələr nümunə xarakterlidir. Qeyd etdik ki, Allah-təalanın insana bəxş etdiyi xüsusiyyətlər zatən yaxşıdır, amma onların coşub-daşmasının qarşısı alınmalıdır. Bu barədə də keçən bəhsdə qeyd etdik ki, əxlaq elmi nəfsani qüvvələrin islah və nəzarət edilməsini öyrədən elmdir. Misal üçün, özünüsevmə qüvvəsi həyatın davamiyyəti üçün zəruridir, lakin əxlaq elmi həmin nəfsani qüvvənin bir həddi-hüdudu olduğunu da göstərir. Əgər hədd aşılarsa, insan xudbinlik və məğrurluğa mübtəla olar. Bunun nəticəsində də elə bir dərəcəyə yetişər ki, onun fikrincə, hamı ona xidmət etməli, hökmranlığı altında olub ancaq onun üçün işləməlidir. Burada artıq özünüsevmə qüvvəsi şeytanlar, üsyankarlar xasiyyəti sayılan təkəbbür və məğrurluq həddinə yetişir. Belə özünüsevmə islamda pislənilir. Buna görə də ibadətlə məşğul olub, nəfslə mübarizə etməklə onu normallaşdırmaq lazımdır. Əxlaq elmi həqiqi dəyərləri aydınlaşdırmaqla insana bu qüvvədən kifayət qədər istifadə yolunu göstərir.

Bəzi din və məzhəblərin ardıcılları kamala yetişmək üçün nəfsani qüvvələrin tamamilə məhv edilməsi fikrini irəli sürürlər. Ancaq islamda qüvvələrin hidayət və islah olunması əsas götürülür, çünki nəfsani qüvvələri, xüsusən şəhvət hissini məhv etmək həddən artıq zərərlər əmələ gətirə bilər. Əgər onun qarşısını almaq mümkün olsaydı, müdrik Allah onu yaratmazdı. Biz bu əqidədəyik ki, yaradılış aləmində Allah-təala heç bir şeyi məqsədsiz, faydasız yaratmamışdır. Əgər biz bir şeyin yaradılış fəlsəfəsini bilmiriksə, bu, o demək deyildir ki, uca Yaradan onu əbəs yerə xəlq etmişdir.
"Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?” («Möminun»-115)
"Qurani-Kərim”də buyurulur: "O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı”. («Səcdə»-7)
Deməli, insan vücudunda yerləşdirilmiş nəfsani qüvvələrin hər biri öz yerində vacib və zəruridir, lakin onlardan düzgün istifadə etmək lazımdır, çünki bu qüvvələrdən düzgün faydalanmadıqda onlar münasib vaxtda itaət etməkdən boyun qaçırır, insana güc gəlib elə sıxışdırırlar ki, əqli kor edərək kütləşdirir, özlərini sakitləşdirmək üçün insanı hər cür çirkinliyə vadar edirlər. Burada hər bir kəs nəfsani qüvvələrdən düzgün və şəraitə uyğun istifadə edib, onları cilovlamalıdır. İnsan belə bir işi görməyə qadirdir, çünki «Quran»da buyurduğu kimi, Allah-təala ona xeyir və şər yolunu seçməkdə iradə və ixtiyar verib: "Biz ona iki yolu (xeyir və şər) göstərmədikmi?” («Bələd»-10)
Başqa bir yerdə buyurur: "Biz ona haqq yolunu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu, onun öz işidir)”. («İnsan»-3)
Xülasə, bu qüvvələrin gücü nə qədər çox olsa da, insanın ixtiyar və iradəsinin qarşısında acizdir. Əgər bir şəxs öz nəfsi ilə mübarizə aparıb, nəfsani qüvvələri lazımi qədər islah edəcəyinə söz versə, o, bunu mütləq bacaracaqdır.
Hər halda nəfsi-əmmarənin (çirkin işlərə sövq edən qüvvə) insanı bəd əməllərə təhrik etməsinə heç bir şəkk-şübhə yoxdur. Bu barədə "Qurani-Kərim”də həzrəti-Yusif(ə)-in dilindən belə nəql edilir:
"Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edir”. («Yusif»-53)
Əmirəlmöminin Əli(ə) buyurur: "Doğrusu, bu nəfs insanları pis iş və bəd əməllərə çox sövq edir. Kim ona inanarsa, ona xəyanət edər, kim onu nəzarətsiz qoyarsa, onu məhv edər və hər kim ondan razı qalarsa, onu (cəhənnəmin) ən dərin guşəsinə çəkər.”29
Bununla belə, insanın seçim hüququnu və qüdrətini nəzərdən qaçırmaq olmaz, çünki əgər «Quran»da o, bir yerdə əmmarə kimi adlandırlırsa, başqa bir yerdə ləvvamə kimi vəsf edilərək buyurulur:
"And içirəm qiyamət gününə, and içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə) özünü qınayan nəfsə!” («Qiyamət»-1,2)
Digər ayədə nəfsi-mütməinnə (xatircəm və arxayın nəfs) adı ilə vəsf edilərək buyurulur:
"Ey (imanından, əməlindən və Allahın vədindən) xatircəm olan şəxs! (Və ya ey arxayın nəfs!) «Dön Rəbbinə, sən ondan razı olaraq, o da səndən!” («Fəcr»-27,28)
Bu mərhələdə (xatircəm mərhələsində) üsyankar qüvvə insan iradəsi qarşısında məğlub olur. Bu özü də bir dəlildir ki, əgər insan istəsə, özünü tam surətdə idarə edə bilər. Ümumiyyətlə, insanın (başqa məxluqlardan-mələkdən və heyvandan) üstünlüyü onun seçim qüdrətinə malik olmasındadır. Əslində, insana mükafat və cəza, tərif və tənqid ona görə verilir ki, o həm xeyir əməllər yerinə yetirə bilər, həm də pis əməllər. Əgər yaxşı işə görə həvəsləndirilib, pis işə görə tənqid və tənbeh olunursa, bu, onun azadlığına və ixtiyar sahibi olmasına bir sübutdur. İnsanın elm, iman və əxlaq vasitəsilə öz nəfsani qüvvələrini normallaşdırıb xilqətin ali məqsədinə tərəf hidayət edə bilməsi onun ixtiyar və iradə azadlığı sayəsindədir. Qısaca desək, əxlaq elmi nəfsani qüvvələrin və düşüncələrin araşdırılmasından, onların necə nizama salınmasından və ümumən xilqətin ali məqsədlərinə, xüsusilə insan xilqətinin hədəflərinə tərəf hidayət etdirilməsindən ibarətdir. Bəhsin əvvəlində xatırlatdıq ki, bu kitabda bizim məqsədimiz əməli əxlaqın əhəmiyyətini və onun əməl dərəcəsinə yaxın olmasını bəyan etməkdir.
Kitab və Sünnəyə istinad
Bu cəhətdən bəhslərin ümumi müzakirəsində Allahın kitabından və Peyğəmbər(s) sünnəsindən istifadə etdim. Müzakirə olunmuş məsələlərin sənədini mümkün qədər hidayət və vilayət nuru ilə dolu olan bu iki mənbədən toplayaraq onu Kitab və Sünnə dəlilləri ilə sənədləşdirdim. Kainatın həqiqətlərini olduğu kimi bilən, sirli insanı onun özündən yaxşı tanıyan, dərdini, dərmanını dəqiq surətdə söyləyən, fitri dil ilə onunla danışan Allah və Onun əziz övliyalarının kəlamlarından yaxşı bir bəyan varmı? Buna görə də bu kitabda bizim söylədiklərimizin əsası «Quran» ayələri və təsir gücünə malik hədislərdir. Bəzən şərh və izah etmək məqsədilə fəqih, alim, filosof və təfsirçi, tarixçilərin kəlamlarından da istifadə etmişik ki, bunun da özünəməxsus faydası vardır.
Bu əsərdə əvvəl işin keyfiyyətinə və onun necə başlanılmasına işarə edib, sonra isə lazımi məsələləri qeyd etmişik. Allaha tərəf seyrə çıxan yolçunun riayət etməsi lazım olan incəlikləri xatırladıb, mündəricatı barədə məlumat vermişik. İnşaallah, onların təfsilatını gələn bəhslərdə mütaliə edəcəksiz. Bəhsə başlamazdan əvvəl bu yolda bizə kömək etməsini, xətaya, çaşqınlığa düşməməyimizi Allahdan diləyirəm. Amin. 17 Rəbbiüləvvəl 1412-ci il h.q.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor