İzzəti nəfsin ən ali forması |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 24-09-2016, 00:05 | Şərh sayı: (0) | Baxılıb: 537
İzzəti-nəfs - insanın bəyənilmiş xüsusiyyətlərindən biri hesab edilir. İslam dini kəramət və izzəti-nəfsə xüsusi əhəmiyyət verir.
İmam Əli (ə s) Müaviyyənin ordusunun Fərat çayına çatıb suyun yolunu bağlayan zaman buyurmuşdu: Ölüm məğlubiyyətlə yaşamaqdır.Müaviyyənin ordusu bu əməl ilə sizi döyüşə dəvət edir. İndi iki yol ayrıcındasınız.Ya zillət və xar olub yerinizdə oturacaqsınız,ya da qılıncınızı qanla sirab edib, sudan içəcəksiniz.Ölüm, sizin məğlubiyyətlə yaşamağınızdır. Həyat sizin qalibiyyətlə olan ölümünüzdədir.
Bu nurani kəlamlarda izzəti-nəfsin ən ali formasını müşahidə etmək olar. İzzəti-nəfs olmadan yaşamaq - ölümə bərabərdir. Əgər izzəti-nəfs olmazsa insanın yer üzündə yaşaması həyat deyildir.
İmam Əli (ə.s) oğluna buyurur: Özünü hər hansı alçaq işə verməkdən əziz tut.Baxmayaraq ki həmin iş səni istəklərinə çatdırar.Çünki şəxsiyyətindən əldə verdiklərinin əvəzini ala bilməzsən.
İnsan bu həyatda əldən verdiklərinin çoxunu yenidən əldə edə bilir.Dünya malından tutmuş, bədən sağlamlığına qədər.Ancaq əgər nəfsi onu izzətdən zillətə tərəf çəkərsə onun yerini başqa bir şeylə doldurmaq olmaz və geri qaytarmaq olmaz.
İmam (ə.s) buyurur: O kəsin ki, daxili tamahı vardır, özünü həqir etmişdir.O kəs ki, narahatlıqlarını bildirər, öz zillətinə razı olar.O kəs ki,dilini özünə əmir və rəhbər edər, şəxsiyyətini tapdalamış olar.
İmam (ə.s) buyurur: Ölümə hə, ancaq alçaqlığa yox. Aza qənaət etməyə hə,ancaq başqasına tərəf ehtiyac əlini uzatmağa yox.
İmam (ə.s) buyurur: Sənə əlaqəsi olan insana meylsiz olmağın-sənin dostluqdan az bəhrələndiyinə görədir. Sənə laqeyd birinə meyl etməyin - sənin xarlığının nəticəsidir.Nəfsi əziz olan insanlar yoxsul vaxtlarda belə Allahdan başqasına əl açmaz. Zalımın qarşısında dik və danışan dil ilə dayanar.Hətta canları bahasına olsa belə.Çünki onlar zülmə razı olan deyildir.
İmam (ə.s) buyurur: Həmişə qəlbində iki təzadlı hissin olsun.Həmişə elə hiss et ki, insanlara daima möhtacsan.Yəni insanlarlaa ehtiyacın olan kimi rəftar et. Eyni zamanda həmişə elə hiss et ki, insanlardan ehtiyacsızsan.Yəni insanlarla ehtiyacı olmayan biri kimi rəftar et.Həzrət (ə.s) bu hədisdən sonra özü şərh verərək buyurur: O mərhələdə ki, bir ehtiyacı olan kimi rəftar etməlisən, mülayim danışmağındır. O mərhələdə ki, ehtiyacsız olmalısan, təvazökarlıq yeri deyildir. Abır və izzətini qorumaq zamanıdır. Bu zaman sənin heysiyyətindən söz gedir.O yerdə ki, hiss etsən ki, bir az mülayimlik göstərən zaman izzətini və heysiyyətini əldən gedə bilər,ehtiyaclı rəftar edə bilməzsən.Gərək bir laqeydin rəftarını göstərəsən.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər