Ağıllı insanla nadanın fərqi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-12-2015, 22:57 | Şərh sayı: (0) | Baxılıb: 316
Ağıllı insanla nadanın fərqi
İmam Əli (ə) buyurmuşdur:
الْعاقِلُ عَدُوُّ لَذَّتِه وَ الْجاهِلُ عَبْدُ شَهْوَتِه؛
“Ağıllı insan nəfsi istəklərinin düşməni, nadan isə ehtirasının quludur.”
(“Mizanul-hikmət”, 6-cı cild, səh. 420, fəsil 2805, hədis 13173.)
ŞƏRH VƏ TƏFSİR
İnsanı digər canlı varlıqlardan fərqləndirən onun ağlıdır, yoxsa, insan cismani baxımdan çox zəif və möhtac bir varlıqdır və hətta “tibb” elminin bir hissəsini heyvanlardan öyrənmişdir! Bəzi heyvanlar xəstələndikləri zaman məxsus bitkilərdən qidalanır və sağalırlar. Beləcə, insan onlardan bəzi xəstəliklərin müalicə yolunu kəsb etmişdir. İnsan çətinliklər və təbii bəlalar müqabilində heyvanlarla müqayisədə dözümsüzdür. Ona üstünlük verən ağlıdır; elə bir ağıl ki, onu dünyanın mütləq hakimi etmişdir.
Burada belə bir sual yaranır: Ağıl nədir?
Materialistlərin nəzərincə, insanı azacıq zəhmətlə ən böyük mənfəətə yetirən ağıldır! Amma allahpərəstlərin nəzərinə əsasən, ağıl Allahın razılığını qazanan və insanı səadətə çatdıran bir amildir! Bir nəfər imam Sadiqdən: “Ağıl nədir?” – deyə soruşduqda, İmam (ə) belə buyurdu: “Ağıl insanı Allahın pərəstişinə yönəldir və nəhayət, behiştə aparır.” (“Biharul-ənvar”, 33-cü cild, səh. 170.)
İmam Əli (ə) ağılı şərh edərkən buyurur: “Ağıllı insan nəfsi istəklərinin düşməni, nadan və ağılsız insan isə şəhvət və ehtirasının qulu və əsiridir.”
Hədisdə qeyd olunan “ləzzət” sözü “nəfsi istəklər” mənasındadır, çünki İslam “ləzzət”lə müxalif olmadığı kimi, hətta insana öz vaxtının bir hissəsini sağlam ləzzət və əyləncə ilə keçirəcəyini göstəriş vermişdir ki, günün qalan vaxtında öz işlərini görmək üçün enerji toplaya bilsin. (“Əraf” surəsinin 32-ci ayəsində buyurulur: “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!”) Demək, hədisdə göstərilən “ləzzət” sözündə qanunsuz nəfsi istəklər nəzərdə tutulur.
Hədisin növbəti cümləsində işlənən “şəhvət” (ehtiras) sözü bizim bu müddəamıza tutarlı şahiddir. Ona əsasən, nəfsi istəklər, cinsi ehtiraslar, narkotik maddələr, fitnə-fəsad, eyş-işrət, ayrıseçkilik, ədalətsizlik və haqsızlıq içərisində qərq olunan çağdaş dünyamız ağıllı dünya hesab edilmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər