Nəfsin əqlə itaətini adətə çevirməli |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 24-09-2016, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 368
İmam Əli (ə.s) buyurur: Mən nəfsimi təqva vasitəsilə riyazətdən keçirirəm... Ona elə adət verirəm ki, bir parça çörək tapsam ona qane olsun.
Seyri süluk yolçusunun qarşısında dayanan əsas olan proqramlardan biri - riyazətdir. Allah riyazət barədə buyurur: Hər kimsə Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfs istəyini boğmuşsa,həqiqətən,onun yurdu cənnətdir!
Riyazətin lüğəvi mənası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin əmrlərinə müti etməkdir. Riyazət dedikdə, heyvani nəfsin şəhvət və qəzəb qüvvəsinə, bu iki qüvvəyə aid olanların itaətinə mane olmaq,həmçinin natiqə nəfsin heyvani qüvvəyə, var-dövlət, vəzifə hərisliyi və bu hərislikdən törənə biləcək hiylə,məkr,qeybət,təəssüb, qəzəb, kin, həsəd, fisq, şərə batmasına yol verməmək nəzərdə tutulur.
Riyazət dedikdə məqsəd kamala çatmaq üçün nəfsin, əql və əmələ itaətini adətə çevirməkdir. Şəhvətinin qüvvəsinə tabe olan nəfsə “bəhimi”, qəzəb qüvvəsinə tabe olan nəfsə "səbui" deyilir.Əxlaqi rəzilətləri adətə çevirmiş nəfs “şeytani” nəfsdir.
Allah bu üç nəfsi əmmarə nəfs adlandırmışdır.Amma bu rəzilətlər nəfsdə sabit olmasa ya hərdən insanda gah xeyrə, gah da şərə təmayül etsə ya xeyrə meyilli olub,şərə meyillilikdən peşman olsa və özünü danlasa ona ləvvamə nəfs deyilir.Əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfs isə "mütməinnə nəfs"dir.
Nəfsin tərbiyəsi yolunda riyazət deyiləndə bu üç əsas nöqtə nəzərdə tutulur:
1. Haqqa çatmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması;
2. Kamillik tələbi ilə heyvani nəfsin əməli əql qarşısında cilovlanması;
3. İlahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər