RSS
 

Login:
Şifrə:
» » Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)

 
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 2-10-2015, 16:06 | Şərh sayı: (0) | Baxılıb: 1959

Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)


Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)


Əxlaq alimləri nəfsin islahını və insan xoşbəxtliyini bu elmin son nailiyyəti hesab edirlər. Buna yetişmək üçündə yalnız bir yol vardır - özünüdərketmə. Buna görə də sizin diqqətinizi İslam nəzərindən bu mövzunun nə qədər əhəmiyyətli olmasına cəlb edirik, ancaq bəhsə başlamazdan əvvəl belə bir suala cavab vermək lazım gəlir: dərk olunması lazım olan, saflaşmanın başlanğıcı və Allah-təalanı tanımaq üçün vasitə olan hansı nəfsdir? Bəlkə bu, insanı mələklərdən üstün edən və "ruhullah” kimi mənalandırılan həmin ilahi nəfsdir? Bəlkə bu, Allahın ona and içdiyi, günahı və təqvanı ona ilham etmiş olduğu nəfsi-mülhəmədir (ilhamlandırılmış nəfs)? Həmin nəfs insanı pis yola çəkən nəfsi-əmmarə, fəsaddan, günahdan çəkindirən və təqvalıları danlayan nəfsi-ləvvamə, «Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"- nidası ilə fəxr edilən nəfsi- mütməinnə, bəndəyə axirəti, ölümü xatırladan nəfsi-faniyə, insanı onun üzərində yaratdığı fitrətullah da ola bilər.



Cavab:

Nəzərdə tutulan nəfs onların hamısıdır, yəni insan şəxsiyyətini formalaşdıran, onun mələkuti (insani) və nasuti (heyvani) mənşəyini cəmləşdirən, qeyb və şəhadət aləminə malik edən toplumdur. İnsan nəfsi öz mələkuti (insani) cəhətindən yuxarı mərtəbələrə doğru yüksələn zaman mütməinnə, raziyyə (razı), mərziyyə (razı salınmış) dərəcələrinə yetişən ilahi nəfsdir. O qədər ucalır ki, nəhayət "qabə qovseyni əv ədna" ("iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu”) dərəcəsinə müşərrəf olur. "Qurani-Kərim” də buyurulduğu kimi:

"Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu" («Nəcm»-8,9)

Nasuti (heyvani nəfs) cəhətdən o yerə qədər süqut edir ki, müqəddəs Kitabda bu barədə belə buyurulur: "Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər" («Əraf»-179)

Nəhayət, insan o qədər alçalır ki, «Qurani-Məciddə» rəzillərin rəzili adlandırılır: "Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!" («Tin»-5)

Xülasə, zahirdə kiçik olan bu toplum, o qədər böyük və genişdir ki, bütün kainatı özündə cəmləşdirir, belə ki həzrəti-Əli(ə)-yə mənsub olan şerdə deyilir: "Sənin dərmanın öz vücudunda gizlənmişdir, ancaq sən başa düşmürsən. Xəstəliyinin mənşəyi də özündədir, lakin sən görmürsən. Belə fikirləşirsən ki, zəif bir məxluqsan? Halbuki vücudunda böyük bir dünya vardır. Sən o parlaq kitabsan ki, onun hərfləri ilə sirlər aşkar olur, buna əsasən, vücudunun dairəsindən kənar, taleyindən bir şey deməyə sənin ehtiyacın yoxdur"

Bu geniş xitaba diqqət yetirməklə, açıq və gizli istedadlardan xəbərdar olub qəlbi saflaşdıraraq qeyblərin qeybini cilvə məzhəri etmək olar. Allah-təala buna dəlil olan ayədə buyurur:

"Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı" («Nəcm»-11)



Qeyd:

Burada bir mətləbi də qeyd etmək lazımdır ki, insanlar özləri də bilmədən bu mərifətdən özünüdərketmədən az da olsa, faydalanırlar. Necə ki, uca Yaradan «Quran»da buyurur:

"Batildən haqqa tapınaraq üzünü Allahın insanlara fitri olaraq verdiyi dinə tərəf tut" («Rum»-30)

İnsanların çoxu özləri də bilmədən ondan xəbərsizdirlər:

"Lakin insanların əksəriyyəti (bunu) bilməz" («Əraf»-187 və başqa ayələr.)

Yəni insanların əksəriyyəti öz vicdanlarından və fitri hissiyatlarından xəbərsizdirlər. Aydındır ki, məsuliyyətin mövzusu, mükafatın və cəzanın mənşəyi ilə geniş tanışlıqdır. Başqa sözlə desək, mühüm olan məsələ bu yolda ayıqlıqla addım atmaq və özünü özündə tapmaqdır. Beləliklə, Allahı dərk etmək üçün ilahi və insani məsuliyyətlərə çıxış tapmalısan. Bu, bir növ məharətdir ki, ayə və rəvayətlərdə onu əldə etmək təkid olunmuş, ondan xəbərsiz yaşamaq isə, ziyana səbəb hesab edilmişdir. Mərifət və elmlə birgə həyata keçirilən ibadət qəbul olunmuş və faydalı sayılır. İnsana və ağıl sahibi olan məxluqlara məxsus ibadət budur, lakin Allahın buyurduğu kimi təkvini (yəni təbii) ibadət bütün şeylərdə vardır:

"Göylərdə və yerdə hər nə varsa, Allaha səcdə edir".

(«Nəhl»-49)

"Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." («İsra»-44)



Özünüdərketmə barədə rəvayətlər

Xatırladığımız kimi, özünüdərketmənin əhəmiyyəti barədə Peyğəmbər (s) və məsum İmamlardan maraqlı və ibrətamiz hədislər nəql olunmuşdur. Onlardan bəzisini nəzərinizə çatdırırıq:

Peyğəmbər(s) buyurur:

"Kim özünü dərk etsə, Allahı dərk etmişdir".

Həzrəti- Əli(ə) buyurur: "Ən üstün dərketmə özünüdərketmədir."

İncildə Allah-təala belə buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

Dərketmə barədə hərə bir yol seçmişdir. Məsələn, filosoflar fəlsəfi və əqli dəlillərlə mərifət meydanına qədəm qoyaraq onun bəzi mərhələlərinə çıxış yolu tapmış, psixoloqlar təcrübələrlə onun bir neçə cəhəti ilə tanış olmuş, ariflər riyazət (məcburi surətdə özünü bir işə vadaretmə) və mükaşifətlə (ali dərəcələrə yüksəlib həqiqətləri kəşfetmə) bəzi həqiqətləri aşkarlamış, zahidlər və abidlər pəhriz və ibadətlə müəyyən dərəcələrə yüksəlmiş, mücahid və fədailər fədakarlıq və cihad etməklə ali mərtəbələrə yetişmiş, saleh əməllilər isə Allah bəndələrinə xidmət etməklə təqərrüb (Allah dərgahına yaxınolma) və mərifət vadisinə qədəm qoymuşlar. Xülasə, hərə bir yolla öz itirdiyini axtarır, ona qovuşmaq istəyir. "Qurani-Kərim” də buyurulur:

"Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir (əbədi səadət) vermişdir." («Bəqərə»-269)

Həzrəti-Əli(ə) buyurur: "Hikmət (hər bir şeyi olduğu kimi dərketmə) və mərifət möminin axtardığı itkidir"

Peyğəmbər(s)-dən belə nəql olnur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".

Yuxarıda qeyd etdiyimiz hədis eyni məzmunda başqa bir ifadə ilə o Həzrətdən nəql olunmuşdur.

Nəhayət, əmirəlmöminin Əli(ə) bu yola qədəm qoymayanları və özünüdərketmə üçün çalışmayanları qəti həlak olmuşlardan hesab edərək buyurur: "Kim özünü dəyərləndirməsə, həlak olacaqdır."

Başqa bir yerdə isə özünü dərketməyə məhəl qoymamağın nəticəsini zəlalət və azğınlıq hesab edərək buyurur: "Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"

Buna görə də hər kim mərifətə yetişmək üçün heç bir cəhd göstərməyib ona məhəl qoymazsa, özünü düzgün qiymətləndirməmiş, bu yüksək məqamını ucuz satmışdır. Əmirəlmöminin Əli(ə) özünüdərketməni mərifətlərin ən üstünü hesab edərək buyurur: "Mərifətlərin ən üstünü insanın özünü dərk etməsidir"

O zaman öz təəccübünü mərifət ardınca getməyən şəxslərə belə izhar edir: "Təəccüb edirəm o şəxsə ki, nəfsini itirib, amma onu axtarmır, həyatda başqa bir şeyin ardınca gəzir."

Həmçinin yenə buyurur:

"Özünü tanımayan şəxs Allahını necə tanıyar?!"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor