Axirət əhli olmaq üçün Loğmanın iki nəsihəti |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 10-09-2016, 23:35 | Şərh sayı: (0) | Baxılıb: 377
Loğman Həkim öz oğluna iki dəyərli nəsihət verir ki, bütün insanlara şamil olur. O, deyir: Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhli olasan! Birincisi budur ki,yaxşı yoldaş tap ki,səni axirət əhli etsin.Çünki əgər şər yoldaşın olsa, onunla əyləşmək səni cəhənnəm əhli edər.Onun nəfsi – təsiredəndir.
İkincisi budur ki, dünyada sənə çatana qənaət et ki, sağlam yaşaya biləsən.
"Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım." "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən,Peyğəmbərdən,Qurandan) yayındırdı." Şeytan insanı həmişə xar edib və (indi də) edir". (Furqan,ayə 28-29).
İnsan şəxsiyyətinin formalaşmasında bir çox amillərin təsiri vardır.O cümlədən: İradəsinin,istəklərinin və qərarlarının,dostlarının. İnsan istər-istəməz təsir altına düşəndir. Düşüncəsinə dostu təsir qoya bilir.
Bəs həqiqi dostu tapmağın meyarı hansılardır?
Bu meyarlar ibarətdir: Allaha və Qiyamət gününə iman bəsləmək, saleh əməl, dini agahlığın olması, ixlas, mehribanlıq, vüqar, ədəb və mətanət, səfa və səmimiyyət, düzlük və doğruluq, əfv və güzəşt…
Ona görə də əgər dostunda bu meyarlar varsa, onunla dostluq etmək sənə axirəti qazandırar. Əks halda səni cəhənnəmlik edər.
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: O kəsə ki, Allah böyük xeyir istəyər – layiqli və saleh dostu nəsibi edər. Əgər İlahi həqiqətləri, halal və haramı, haqqın istəklərini unutsa, yadına salar və əgər onlara diqqət edərsə, əcr almağı üçün ona yardım edər.
İmam Əli (ə.s) buyurur: Nəfsi istəklərinin ardınca gedənlə dostluq etmək imanın unudulmasına və şeytanın hüzuruna səbəb olar.
Qənaət et ki, sağlam həyat sürəsən.
Loğmanın oğluna tövsiyə etdiyi ikinci nəsihət budur ki, əlində olanlara qənaət edəsən. Qənaət etməyin həyatımıza təsiri o qədər böyükdür ki, İmam Səccad (ə.s) bu haqda buyurur: “Ən üstün əməl odur ki, insan əlində olana qane olsun”. Bəzi hədislərdə qənaət insanın səadət amili kimi tanıdılmışdır.
İnsan əgər qənaət etməzsə, günaha batar. Qənaət ilə batini rahatlıq arasında sıx rabitə var.Batini rahatlıq öz-özlüyündə meydana gəlməz. Onun meydana gəlməsinə səbəb olan amillərdən biri də qənaətdir. Qənaət edən insan rahat olar, çünki sabahkı günü üçün qəm yeməz. Əlində olanlara diqqət edər.
Quranın bizlərə tanıtdığı təyyibə həyat da məhz qənaət olarsa, hasil olar. Ona görə də Loğman oğluna bu iki şeyi nəsihət edir. Yaxşı dost və qənaət insana axirəti və axirət səadətini qazandıra bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər